Page 269 - antologiya
P. 269
uz Atay

TӘHLÜKӘLİ OYUNLAR

Sәnә heç danışmamışam. Amma, yәqin, eşitmisәn. 269
Evliliyimizin dördüncü ilindә Nazlı mәni tәrk
etdi. Necә deyәrlәr, bir başqasına qoşulub qaçdı. Çox pis
vәziyyәtdә idim. Nә edәcәyimi bilmәdәn elә hey otaqlarda
var-gәl edirdim. Arvadımın şәkillәrinә baxdım. Nәsә bir
şey etmәli, harasa getmәli, kimәsә dәrdimi danışmalı,
ondan şikayәt etmәli, mәnә qarşı olan bu әdalәtsizliyi
alәmә göstәrә-göstәrә sızıldamalı, yardım istәmәli idim.
Fikirlәşdim ki, mәn dә hamı kimi hәrәkәt etmәliyәm.
Bәlkә dә, bütün bunları istәyirdim, amma әmәl edә
bilmirdim. Üst-başım dağılmış halda küçәlәrdә
sürünürdüm. Yәqin ki, sözә haradan başlayacağımı
bilmirdim. Durduğum yerdә kiminsә evinә gedib bu
söhbәti aça bilmәzdim axı. Ancaq biri mәnimlә danışmağa
başlayanda söhbәtin fırlanıb bunun üstünә gәlәcәyindәn
qorxurdum, ürәyim әsirdi. Bu mәsәlә bıçaq kimi sinәmә
sancılırdı. İşdәn tez qaçır, günortadan sonra meyxanalara
gedirdim. Bir gün dәmiryolu vağzalının yanındakı
yemәkxanaya girdim. Qәfildәn hamballı, yük arabalı yad
bir mühitә düşmüşdüm, әtrafda başqa bir meyxana da yox
idi. Yemәkxananın hәyәtindә, qatarlara yaxın bir yerdә
әylәşdim. Hәlә tez olmasına baxmayaraq, masalar, demәk
olar, dolu idi. Bir şüşә rakı istәdim. Kimәsә baxacaq
vәziyyәtdә deyildim. Sәhәrdәn bәri heç nә yemәmişdim.
Bir az soyuq qәlyanaltı istәdim. İlk qәdәhlәri sürәtlә içdim,
başım fırlandı. Sonra әtrafıma baxdım. Söhbәt edirdilәr,
heç nә yemir, yalnız qәhvә vә çay içirdilәr. Bәzilәri
gözlәyirdi. Qatar yoluna baxırdı. İçmәyә davam etdim.
Әtrafımdakı sәs-küy artdıqca hәyәcanlanırdım. Masaların
üstündәki çayları da içәn yox idi. Bütün gözlәr
dәmiryoluna dikilmişdi. İçki yavaş-yavaş gәrginliyimi
   264   265   266   267   268   269   270   271   272   273   274