Page 265 - antologiya
P. 265
zai Qaraqoç 265

etdi. Qayıtmaq üçün ayağa qalxdı. Әtrafına göz gәzdirdi.
Şәhәrdә salamat ev qalmamışdı. Bütün evlәr uçmuşdu.
Şәhәr tamam xarabalığa çevrilmişdi. Hamının çıxıb get-
diyi günü xatırladı. “O necә bir mübarizә idi!” Hamının
qarşısını kәsmiş, az qala onlarla çarpışmış, vuruşmuş,
ancaq heç kәsi saxlaya bilmәmişdi. “Әcdadlarımızın
keçmişin qaranlıqlarında qeyb olmuş zamanlarda yaşadığı
bu şәhәri atıb gedә bilmәzsiniz. Hara gedirsiniz-gedin,
uğursuzluq sizi orada da tapacaq. Lәnәtlәnmişlәr kimi onu
özünüzlә hәr yerә aparacaqsınız. Müqavimәt göstәrin,
dözün. Şәhәri tәrk etmәyin. Evlәrinizi tәrk etmәyin”.
Özünü әbәs yerә hәlak etmişdi. Hamı bir-bir çıxıb
getmişdi. Burada tәkcә o qalmışdı. İllәr keçdikcә evlәr
dağılmağa başlamış, tәkcә bir müddәt mәbәdlәr sürü-
cülәrin günorta dincәlmәlәri üçün daldalanacağa çevril-
mişdi. Sonra onları da ildırımlar vurmuş, zәlzәlәlәr yerlә
yeksan etmişdi. Hamamlar, karvansaralar tamam xara-
bazara çevrilәndә çobanlar belә buralardan ayaqlarını
kәsdilәr. Amma o dözdü, sayını unutduğu illәr keçsә dә,
artıq şәhәri olmasa da, әn azı, öz evini gücünün son
damlasınacan qorumaq üçün qәtiyyәtini vә iradәsini zәrrә
qәdәr dә itirmәdi. Neçә dәfә xәstәlәnmiş, saçları ağappaq
ağarmışdı. Amma buna baxmayaraq, yenә әlindәn gәldiyi
qәdәr evini labüd ölümün әlindәn almaq fikrindәn
daşınmamışdı.

Bir parça qurumuş küncüt çörәyini suda isladaraq
yemәyә başladı. Әsasәn, dağdan yığdıqlarının hesabına
yaşayırdı. Özünün әkdiyi küncütü qovurub, ya da bişirib
çörәk әvәzinә yeyirdi. Buğdanı üyütmәk çox çәtin idi.
Şәhәrin dәyirmanı da uçmuş, bir vaxtlar fasilәsiz fırlanan
daşı bir daha fırlanmamaq üçün dayanmışdı.

Tәnhalıqdan ürәyindә ikinci bir adam da yaratmışdı.
Әsli o idimi, özü idimi, ayırd edә bilmirdi. Kim bilir, bәlkә
dә, özü “ikinci” idi. Bәzәn onunla danışırmış kimi
   260   261   262   263   264   265   266   267   268   269   270