Page 260 - antologiya
P. 260
Türkiyə ədəbiyyatı antologiyası

– Anan gözlәrinә qurban, ölü yiyәsi qanı soyutmaq
istәmәz. İndi gözlәrini qan bürüyüb, bu gün istәyirlәr. De-
diklәri olmalıdır.

Yükdәn yorğanları, döşәklәri götürdü. Qızının kәnar-
ları haşiyәli, yaşıl rәngli cehiz sandığını açdı.

– Soyun! – dedi.
Genzua qapağı açılmış sandığa tәrәf döndü. Cehi-
zindә nәnәsindәn qalan, anasının ona bağışladığı, әli iynә
tutandan bәri naxış tikdiyi şeylәrә baxdı. Ürәyi qan ağla-
yırdı. Hәlәb ipliyi ilә işlәnmiş yastıqüzünü göstәrib:
– Bәs bunlar? – Genzua soruşdu.
– Hamısı burada qalacaq, onsuz da toy olmayacaq.
Anasının ayaqlarını qucaqlayıb ağlamağa başladı:
– Toysuz-düyünsüz kimә gedәcәyәm, ana?
Şara üzünü qızının bir çәngәsi xınalanmış saçıyla
örtәrәk ağlayırdı...
260 – Mәn nә bilim, Genzuam. Yәqin, sәni ya oğlanla-
rından biri alar, ya da başqasına satarlar. Deyәsәn, pula
ehtiyacları var.
Günәş tәpәyә çıxdıqca kölgәlәr balacalaşır, sәrin
yerlәr azalırdı. Evlәrdә qalanlar, әsasәn, әldәn-ayaqdan
düşmüş qocalar idi.
Şara küçә qapısını açanda bayırda ins-cins yox idi.
Yas düşmüş evlә üzbәüz idilәr. Öldürülmüş oğluna ağı
deyәn ananın sәsi gәlirdi.
Genzua anasının arxasında gizlәnmişdi. Bir azdan
divarlarına da ağı hopmuş bu evә gedәcәkdi.
Şara:
– Qorxma, Allah böyükdür. Biz yoluna-yöndәminә
görә davranaq... Öz üstümüzә düşәni edәk, – dedi.
Genzua yas düşmüş evә ağ gәlinlik yerinә qara çar-
şabla getmәyin vacib olduğunu indi başa düşürdü. Sakitcә
dayanan qızın yadına birdәn qardaşı düşdü. Ana-bala bir
müddәt açıq qapının ağzında dayandılar.
   255   256   257   258   259   260   261   262   263   264   265