Page 273 - antologiya
P. 273
uz Atay 273

söhbәt belә gedә bilmәzdi. Bu, heç ağlıma da gәlmәzdi.
Artıq yeni üsul tapmışdım. Daha doğrusu, bir qatarın
yoladüşmә vaxtına yaxın yemәkxanaya gedәndә gördüm
ki, oyunun mahiyyәtini dәyişә bilәrәm. Hamı kәdәrli idi.
Әzizlәrini yola salırdılar. Mәn yenә irәlidәki masanın
arxasında qarşımda bütün qoyulan rakı dәstgahımla
oturmuşdum. Artıq oyun oynamağa ehtiyac da qalma-
mışdı. Yola salmalı әzizimin dә olmadığı mәlum idi. Buna
görә dә heç kәsin nәzәrini cәlb etmirdim. Kefsiz-kefsiz
otururdum. Nazlı da getmişdi. Gedәnlәr xoşbәxt idilәr,
üzlәri gülürdü. Amma onları yola salanlar nәzakәt xәtrinә
özlәrini kәdәrli göstәrirdilәr. Yenә dә, hәqiqәtәn, kәdәr-
lәnәn iki sәmimi sәrnişin vardı. Mәn hamıdan xәbәrsiz
mәnfi rola girmişdim. Obrazımı bütün gedәnlәrin eynilә
Nazlı kimi bir daha geri qayıtmayacaqları üzәrindә qur-
muşdum. Gedәn hәr qatara ürәyimdә “ölüm qatarı”,
“qaranlıqlar qatarı” kimi adlar qoyurdum.

Özümü kütlәvi dәfn mәrasiminә qatılmış adam kimi
hiss edirdim. Xәrci çox çıxmasın deyә bir qatar ölüyә bir
mәrasim keçirilirdi. Bütün ölülәr hәlә tamam ölmәmiş,
hәlә hәrәkәtli vәziyyәtdә ola-ola tabut vә nәqliyyat xәrcini
azaltmaq üçün öz ayaqları ilә mәrasimә gәlirdilәr. Nazlı
bundan әvvәlki qatarla getmişdi. Mәn dә onu yola salan-
dan sonra bura gәlmişkәn o biri mәrasimlәrdә dә iştirak
edirdim. Güclü tәxәyyülü olan bәzi adamlar fikirlәşirdilәr
ki, sevdiklәri ölәnlәr uzun sәfәrә çıxıblar. Mәnsә bütün
sәrnişinlәrin artıq öldüklәri barәdә düşünürdüm. Çox
böyük günahdır, elә deyilmi?”
   268   269   270   271   272   273   274   275   276   277   278