Page 234 - antologiya
P. 234
Türkiyə ədəbiyyatı antologiyası

– Ana, xәstәlәnmisәn?
– Xәstәyәm, hә, bütün bәdәnim ağrıyır... Keçib gedәr.
Yanaqlarından öpdüm.
– Mәn gәldim, bax, bundan sonra xәstәlik dә keçәr,
narahat olma... Bәs nәsil-şәcәrәmiz haradadır?
– Nә bilim? Bayaq burada idilәr... Harada olsalar, indi
gәlәrlәr... Acsan?
– Hә, acam...
Anam:
– Mәnim aslan oğlum, – deyib çıxdı, aşağıya düşdü,
qonşuya getdi, iki yumurta, yarım çörәk alıb qayıtdı.
– Döşәkçәnin altında qәzetlәr var, çıxar.
– Kömür yoxdur ki?
– Bilirsәn... Kömürçünün odunu yoxmuş. Yumurtadır
da, kağızla da bişәr.
– Bişәr, ana, yumurtadı da, – dedim.
234 Güzgünün qabağında dayandım. Yumurta, çörәk,
kağız.... Bişәr... Әlbәttә... Dәnizdә deyirdi: “Başa düşdün?
Arvada toyuq da kәsdirәcәyәm. Nә isә...” Özümә xeyli
tamaşa etdim. Çәkmәlәrimi soyunmaq üçün әyildim,
amma soyuna bilmirdim. Әlim tutmurdu. Ürәyimdә, “elә
indidәn sәni xatırladım, qayıqçı, – dedim, – sözlәrin çin
çıxdı”. Sonra astaca döşәkçәnin üstündә oturub qaldım.
   229   230   231   232   233   234   235   236   237   238   239