Page 233 - antologiya
P. 233
zəffər Buyruqçu 233

Qayıqçı sakitcә baxışlarını uzaqlara dikib avarları çәkirdi.
Çaşıb qalmışdım. Nә edәcәyimi bilmirdim. Qatardan
enәndәn sonra qәrq olduğum o duyğu selindәn çıxmışdım.
Adını sevinc qoyduğum o hiss başqa düşüncәlәrә çevril-
mişdi. İncimiş, küsmüşdüm. Bir balaca toxunsalar, ağla-
yardım. Sahilә yaxınlaşırdıq. Avropa tәrәfә aparılan
balıqların qoyulduğu soyuducular yığışdırılmış, liman sarı
qaya çınqılları arasında itib-batmışdı. Telefon dirәyi yenә
әyri idi. Qırılmış dәstәyi hәlә dә dәyişdirmәmişdilәr. İki
uşaq suyun içindә gülәşirdi.

Pullarımızı verib hoppandıq.
Qayıqçı:
– Әsgәrliyiniz indi başladı, bax, – deyib uzaqlaşdı.
Qucaqlaşdıq.
– Allah amanında!
– Allah sәnin dә kömәyin olsun!
– Görüşәrik, inşallah.
– Şәhrәminә gәl, tatar Kamalın evi desәn, hamı
göstәrәr.
– Yaxşı... Olar...
– Mәn dә sәni gözlәyәcәyәm, ha... Qaragümrüklü üç
qardaş desәn, hamı tanıyacaq.
– Gülә-gülә, dostlar, gülә-gülә...
Arxalarınca әl etdim. Bir-neçә dәfә çevrilib baxdılar,
nә isә danışdılar.
Evә sanki günahkar kimi girdim.
– Anaaa!
Corab yamayırdı. Әvvәlcә elә baxdı, sanki tanımadı.
Sonra corabı bir kәnara atıb gözlәrindәn yaş axa-axa mәni
qucaqladı, qollarımı buraxmadan geri çәkildi.
– Dayan, bir üzünә baxım... Allaha çox şükür, çox
şükür. Kökәlmisәn.
Sifәti solmuşdu, tez-tez nәfәs alırdı, qızdırması vardı.
   228   229   230   231   232   233   234   235   236   237   238