Page 661 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 661
xri Uüurlu
deyirdim, o, yenә sağdı, mәnim bir addımlığımdadı, yenә onu görәrәm, yenә 661
dil tapıb barışarıq, onsuz da mәni, ya bir özgәsini özünә arvad elәyәsi de-
yildi – yenә sevgililәr kimi dolanarıq. Düşünürdüm, sizi dә barışdıraram.
Üçlükdә ömür-gün sürәrik, sәn uşaqlarımın atası, o da müәllimi olar.
Düşünürdüm, ömrümü sizin aranızda bölә bilәrәm, sәnin borcunu sәnә,
onun borcunu da ona qaytara bilәrәm. Ancaq sәn mәndә qalan borcunu geri
ala bilmәdin. Onu öldürtdün, borcunu batırdın, üstәlik, qalan ömrünü mәnә
qan bahası ödәmәyә sәrf elәdin.
– Bәs o necә, ala bildimi borcunu sәndәn?
– Mәn ona dünya durduqca borcluyam. Mәnim bütün varlığım ona
qaytarılası borcdu, ayrı bir şey deyil.
– Mәn dә özümü istәtmәkdәn ötrü dәridәn-qabıqdan çıxırdım, canımı
qurban verirdim. Nә bilәydim, qadının istәyini qazanmaqdan ötrü onu
nәzәrdәn salmalısan, aldadıb-oynatmalısan, dizin-dizin süründürmәlisәn...
– Yox, kişi, sәn dediyin istәyi nә süründürmәklә qazanmaq olar, nә dә
özünü qurban vermәklә. Kişi gәrәk qadının qulu olmasın, ağası olsun.
– Qadını da qaravaşlığacan alçaltsın, elәmi?
– Yox, xanımlığacan ucaltsın. Bir dәfә ondan soruşdum: doğru
deyirlәrmi qadın kişinin qabırğasından yaranıb? Dedi, yalan sözdü, qadın
kişinin ruhundan yaranıb, hansı kişi özünü Tanrı bilsә, qadın onun gözünә
mәlәk donunda görünәr. Hә, bax düppәdüz belә dedi...
***
Toran qovuşduqca quşlar sәsini götürüb bir-bir xordan çıxırdı, hәr quş
öz yuvasına, öz yuxusuna çәkilirdi. Evlәrdә işıqlar yanır, qapılar kilidlәnir,
pәncәrәlәr yumulurdu.
Kişi durub pәncәrәni bağladı, pәrdәni çәkdi.
– Görürsәnmi, axşam düşәn kimi inәk naxırdan ayrılır, qoyun sürüdәn,
quş dәstәdәn. Gecә hәrәsi öz qınına çәkilir, birinin o birindәn xәbәri olmur.
Sәhәr açılanda yenә bir yerә toplanırlar, bir yerdә otlayıb, bir yerdә dәnlәnib,
bir yerdә xatadan qorunurlar. Bizim bu işıqlı dünyaya gәlib-getmәyimiz dә
belә bir şeydi: hәr kәs ömrünün sәhәrindә öz ulduzundan qopub gәlir, yer
üzündә zühur elәyir, özgә ulduzlarla alışıb-verişir, ömrün axşamı düşәndә
yenә öz ulduzuna, öz yuxusuna çәkilir, bir dә qayıtmaq üçün növbәsini
gözlәyir.
– Bu dәrsi dә ondan almısan?
– O, ölümә inanmırdı. Deyirdi, mәni öldürsәlәr, yer üzünә bir dә
qayıdacam, özü dә növbәsiz-filansız. Deyirdi, öz әcәliylә ölmәyәn öz ul-