Page 663 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 663
xri Uüurlu

– Yazıq Mәryәm... otuz üç illik әmәyi otuz üç saniyәdә puç oldu. 663
– Sәn Mәryәmin dәrdinә qalırsan, ancaq mәn o qızın gününә ağla-
yıram. İndi Xanoğlan qızının boğazını ilgәkdәn çıxartsın, görüm, necә
çıxardır. Mәnim eşitdiklәrimı o qız da eşidibsә, daddıqlarımı dadıbsa, indәn
belә onu çәtin nәylәsә doyurmaq ola. Mәnim bәxtim gәtirdi, min ildә bir
yol baş verәn başıma gәldi. Bәs o qız neylәyәcәk?..
– O da sәnin elәmәdiyini elәyәr, qezetlәrdә elan verәr, “bu adda, bu
nişanda bir gәnc itirmişәm” yazar.
– Mәn inanıram, o qız nә itirdiyini başa düşsә, bir gün itiyini tapacaq.
– Tapıb özünü mәlәk, qadın düşgünlәrini dә Tanrı bilәcәk... Arvad,
deyirәm, bәlkә, onun istәdiyi elә sәn olmusan?
Gözümün qabağına gәtirirәm: sәn Mәryәmin gәlinisәn, Mәryәm dә
sәnin qayınanan, – kişi bu yerdә özünü saxlaya bilmәyib güldü. – Barı sәn
dә onun yadında qalmışdınmı, bilirdimi sәnin üstündә öldürüblәr onu? Axı
dәrs deyirdin ona, hәr gün üz-üzә gәlirdiniz...
– Yox, mәn onun yadında qala bimәzdim. Onun yaddaşı da, ağrıları da
bәdәniylә birgә çürüyüb getmişdi... Mәn onun ruhunun yadında qalmışdım.
Bu da bir ayrı cür yaddaşdı. Bilirsәn necә? Elә bil çoxdan, lap çoxdan bir
gözәl şәkilә baxmısan, ya bir gözәl kitab oxumusan, ya da bir gözәl adam
görmüsәn; illәr keçib, nә o şәklin bir cizgisi-boyası, nә o kitabın bir cümlәsi,
nә dә gördüyün adamın üzü yadındadı, ancaq o şәklin dә, kitabın da, adamın
da sәndә oyatdığı duyğunu unuda bilmirsәn. Hәrdәn-hәrdәn o duyğu
lәpәlәndikcә yaddaşını yeli vurur, yadına heç görmәdiyin mәnzәrәlәr,
görmәdiyin adamlar düşür... Mәn dәrs dediyim yerdә bir dә baxırdım
gözünü gözümә zillәyib durub, gözlәri yol çәkir, özü dә yolu düz mәnim
içimdәn keçir. Utandığımdan pörtürdüm, dilim dolaşırdı, tәbaşiri yerә salıb,
götürmәklә vaxt qazanırdım. Uşaqlar mәnim halımı görüb döyükürdülәr,
ancaq onun tükü dә tәrpәnmirdi, gözlәrinin çәkdiyi yola düşüb gedә bildikcә
gedirdi...
– Bә sәn niyә olanları açıb danışmırdın ona? Danışsaydın, bәlkә,
yetimin başına belә müsibәt gәlmәzdi, qaragün Mәryәm dә bu yaşında son-
suz qalmazdı.
– Deyirsәn, onun bәdәninin yaddaşını oyadaydım? Bu, yaxşı şey
olsaydı, dünyaya gәlәn hәr kәsә qabaqkı ömrünü dә yada salmaq imkanı
verilәrdi... Olub-keçәni bilsәydi, qorxu, nifrәt onun beynini zәdәlәyәrdi.
Mәn onu çatlamaqdan, sınmaqdan qorumağı boynumun borcu bilirdim.
Yazıq Mәryәm mәnim qorxumdan uşağına güldәn ağır söz deyәmmirdi.
Yadındamı, balaca vaxtı dәrsә dә özümlә aparıb, özümlә gәtirirdim. Sәhәr-
sәhәr qapıdan çıxanda görürdüm döngәdә durub mәni gözlәyir. Әl-әlә tutub
   658   659   660   661   662   663   664   665   666   667   668