Page 658 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 658
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
– Kişi, deyirsәn qabağa düşsәn, sәni qınayarmışlar. Bәs indi özün
özünü qınamayacaqsan?
– Öz qınağıma birtәhәr dözәrәm, arvad, özgә qınağına dözmәk olmur.
Bir dә axı bilirsәn, mәn onda әmim oğlanlarını o işdәn daşındıra bilmәdim.
Yer-göy şahiddi, mәn onun öldürülmәyini istәmirdim, çünki sәnә, düzünü
bilmәk istәsәn, elә ona da inanırdım.
– Nәyә inanırdın, bizim sevişmәdiyimizә?
– Sevişdiyinizә inanırdım, pozğun olduğunuza inanmırdım. Ancaq
әmim oğlanlarını belә nağıllara inandıra bilmәzdin. Hәm dә onlar mәni
fağır, әlsiz-ayaqsız bilirdilәr, nәslin adını qorumağı mәndәn ummurdular
da. Mәnә qalsa, mәn sәnә o gün dә inanmışam, bu gün dә inanıram.
– Ay yazıq kişi, axı sәn nә bilirsәn inam nәdi! Sәn mәnә inanmırdın,
elәcә özünü inandırmaq istәyirdin. Mәnim yanımda әmin oğlanlarının
sözünü deyirdin, onların da yanında mәni suya çәkirdin. Hәr әmәli özgә
658 arşınıyla ölçdüyünә görә dә bir adamı gözünün qabağında düz iki yol
öldürüblәr, sәsin dә çıxmayıb.
– Nә sayıqlayırsan, arvad, kimi iki yol öldürüblәr?
– Darıxma, kişi, hamısını bilәcәksәn...
***
Kәndә bir bәnöyüş axşam düşürdü. Örüşdәn qayıdan inәklәrin sәsi
balasının hәnirini alan qoyunların sәsinә, tәzә peyin buğu ocaq tüstüsünә
qarışmışdı. Azıb pәncәrәdәn içәri tәpilәn yorğun arı çıxmağa yol axtarırdı.
– Yadındamı, onda da yazın bu çağlarıydı...
– Yadımdadı.
– Gün dә o günkü günә bәnzәyir, hava da ondakı kimi qoxuyur, arı da
ondakı kimi vızıldayır...
– Arı ayrı cür vızıldamaq bilmir.
– Onu da poçtun qabağında öldürmüşdünüz...
– Mәn öldürmәmişdim, öldürmüşdülәr.
– Nә fәrqi var, sәnә görә öldürmüşdülәr.
– Ona qalsa, sәnә görә öldürmüşdülәr.
– Düz deyirsәn, mәn gәrәk toyumuzdan sonra onu görüşә çağırma-
yaydım.
– Bәs niyә çağırdın?
– Sәnin әrliyindәn gileylәnmәyә mәnim heç vaxt haqqım olmayıb, kişi.
Ancaq mәnim kimilәrinә hәmişә әr azlıq elәyib, istәmişik dәrdimizdәn ölәn,
dәrdindәn öldüyümüz sevgilimiz dә olsun – qoy lap onun yolunu min il
gözlәyәsi olaq, qoy lap qәbirdә olsun... Hә, o da mәnim çağırışımdan ürәklә-