Page 655 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 655
xri Uüurlu

yetimlik buna deyәrlәr – ana balasından yetim qalır! Nә yaxşı mәnim 655
uşağım olmadı!..

Kişi onun ayağını bәrk-bәrk bükә-bükә:
– Sözündәn belә çıxır, uşağı olmayan yetimdәn dә pisdi, – dedi, – lap
yetimin yetimidi.
– Adam dadını bilmәdiyi meyvәyә umsunmaz, – qadının sәsi getdikcә
ölәziyirdi.
– Yaxşı, özünü üzmә, – kişi yaxın dәrdi burda qoyub uzaq dәrdә әl
elәdiyindәn duyuq düşәn kimi gerilәdi, – al, bu suyu iç... Biz dә bilirdik,
Mәryәm dә bilirdi bir gün oğlu ölәcәk. Kaş hamı öz әcәliylә ölәydi, heç
kimә özgәnin ömrünü kәsmәk ixtiyarı verilmәyәydi...
– Ya da heç olmasa öldürülәn adam dünyaya qayıdıb, qırılan ömrünü
yenidәn yaşaya bilәydi, ta öz әcәlinә yetişәnәcәn ayağı yerdәn üzülmәyәydi.
– Bu lap yaxşı olardı, paxıllıqdan kimsә kimsәni öldürmәzdi.
– Kişi, desәm dünya elә belә qurulub, inanarsan?
– Sәn dincәl, arvad, özünü üzmә, nә desәn, inanaram, tәki sәn dincәl...

***
Gözü yumulu olsa da, üzünә düşәn işığın azca soyumasından qadın
günün әyildiyini duyurdu.
– Ayağının keyi açılmadı?
– Yox, hәlә üstәlik, qollarım da keyiyir.
– Sәnin halından gözüm su içmәdi, arvad. Durum hәkim dalınca
gedim.
– Getmә.
– Niyә, tәk qalmaqdan qorxursan?
– Mәn elә indi dә tәkәm... İstәmirәm hәkim mәndә yaşamağa hәvәs
oyatsın. İndәn belә o hәvәsi bu çürüyәn canımda necә gәzdirim?
– Elә deyil. Sәnin indi ölmәyә hәvәsin gәlib, hәkim o hәvәsi canından
çıxaranda düzәlәcәksәn.
– Tәlәsmә, kişi, sәhәrәcәn gözlәyәk. Düzәlmәsәm, ertәdәn gedәrsәn
hәkim dalınca.
– Qorxuram, gecә halın pislәşә, evimi yıxasan, arvad.
– Bu qısır kötük sәnә nә verib, üstündә belә әsirsәn? Bircә yol barını
da dәrmәmisәn.
– Barını dәrmәsәm dә, kölgәsindә yatmışam, istidәn-yağışdan
daldalanmışam. İstәmәrәm kölgәn bir gün dә üstümdәn çәkilә.
Kişi danışa-danışa mürәbbәni çaya qatıb qarışdırdı, fincanı qadının
dodağına söykәdi:
– İsti-isti iç, qırışığın açılsın.
   650   651   652   653   654   655   656   657   658   659   660