Page 651 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 651
an Fikrÿtoülu

qorxu içindәyәm. Danışmağa belә bir kimsәm yox idi. Sәnә kim deyib ki, 651
mәni öldürmәlisәn? Bәlkә, mәn sәni sevirәm? Nә olsun ki, iriyәm, әjda-
hayam. Mәnim dә ana olmaq haqqım var. Son yeddi min ildә mәni axtarıb
tapan ilk canlısan. De görüm, nә istәyirsәn? Amma aydın danış...

Zәhmli әjdahanın sәsi igidә çox incә gәldi. Әjdahanın hәrәkәtlәrindә
dә bir naz vardı. İgidә bu tәzad qәribә görünürdü. Dünyanın әn iri gücü belә
incә ola bilmәzdi. İgid әjdahadan – sәn erkәksәn? – soruşdu.

Әjdahanın gözlәri işıqlandı.
– Danışığından heç nә anlamaq olmur – dedi. – Mәn erkәk deyilәm,
dişiyәm. Özü dә yeddi min ildir heç kimi öldürmәmişәm. Öldürmәk fikrim
dә olmayıb. Mәn sәndәn ancaq uşaq istәyirәm. İgidlikdir, qorxaqlıqdır,
insaf-zaddır, o, sizin nağıllardır. O yalanlar mәnlik deyil. Mәn nәslimin
artamasını tәmin etmәliyәm. Gәl belә elәyәk. Sәn mәni istәsәn dә, sevә
bilmәzsәn, bu aydındır. Amma istәmәsәn belә, mәnә uşaq verә bilәrsәn. Sәn
mәn deyәni elә, mәn dә sәn deyәni. Sevdamız baş tutsa, sәni öldürmәyib
yenә suyun dibinә gedәcәm. Sәn dә get dünyaya “igidәm” deyib öz nağılını
söylә. Nә deyirsәn? Razısan?
İgid: – Mәn sәni öldürә bilәrәm axı – qışqırdı.
Sonra bir müddәt keçdi.
İgid: – Mәn sәni öldürә bilәrdim – dedi.
Bir müddәt dә keçdi vә igid: – Yox, bunun heç bir mәnası yox imiş –
pıçıldadı.
Ondan sonra nә oldusa, әjdaha igidi sağ-salamat yenә dünyaya
qaytardı.
Özü dә söz verdiyi kimi nәhrin dibinә köçdü.
İllәr sonra igidin igidliyindәn, әjdahanı necә öldürdüyündәn kitab-kitab
dastanlar yazıldı. Әjdaha ilә igidin o son görüşündәn sonra insanlar tamam
başqa cür yaşamağa başladılar. Hәrә igidi özünә uyğun düşündü. Özünә
oxşatdı. Onun әjdaha ilә savaşını hәrә bir cür yazıb nağıl etdi. Olanlarla ol-
mayanlar bir-birinә qarışdı. Nağıl ilә gerçәklik bağrıbadaş oldu. Hamının
ruhunu dәyişәn bir igidlik nağılı әmәlә gәldi. Bu nağılın әslini sәnә mәn
danışdım. Nağılını isә insanlar özlәrinә uyğun uydurdular. O görüşdәn sonra
igidin igidliyi yeni әxlaqa, insanların xilası üçün savaşa qalxıb, qorxunc
әjdahanı bir qılıncla yenmәsi isә insan gücü rәmzinә çevrildi.
Eyni zamanda nәhrin dәrinlikәrindә sakit vә dinc sular içindә savaşsız-
filansız, törәyib-artan minlәrlә böyük vә kiçik әjdahalar da, indiyәcәn
onların babaları olmuş bir dinc igiddәn sevgi dolu әfsanәlәr danışırlar.
Onların nağılları, sәnә deyim ki, sizin nağıllardan daha şirin vә sevgilidir
ha.
   646   647   648   649   650   651   652   653   654   655   656