Page 649 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 649
an Fikrÿtoülu
özgәdir. Baş verәnlәrin üzü, adı, bir görünәn tutacağı da yoxdur ki, tutub 649
onları güclә dәyişmәk olsun. Bütün bu baş verәnlәr elә bil igidin yaşamadığı
bir başqa zamanda baş verirdi. İgid bu vaxta, mәntiqә vә әxlaqa yaxın olsa
da, elә bil başqa bir vaxtda, baş verәn işlәrin, başvermә vaxtının lap yanında
olan özgә bir zamanda yaşayırdı. O, olanları dәyişmәk istәsә dә, bacarmırdı.
Bilirdi ki, insanlar örnәk istәyir. Düşüncәni dәyişәn bir misal görmәk istәyir.
İgidliyin nә olduğunu, igidliyin necә olmasını yaşamaq istәyir. İgid bunu
anlasa da, bu başıaşağı insanların içindә onu da anlayırdı ki, igidlik rәqibsiz
ola bilmәz. Bu gün onun igidliyini döyüşdә sübut etmәsi üçün bir tutarlı
rәqibi yoxdur. İnsanlar igidә nә dost idilәr, nә dә rәqib. İnsanlar elә
belәydilәr... Yeyirdilәr, yatırdılar vә heç nә düşünmürdülәr...
Amma sәn nağılı, әlәlxüsus da, nağılçını da elә-belә bilmә. İgidi yerә
göndәrәn onun rәqibini dә gec-tez meydana çıxarmalıdır ki, insanlar vә әn
çox da özü darıxmasın. İgid bir sәhәr gördü ki, göydәn yerә mavi işıq içindә
bir boz qurd düşür. Qurd yerә enәn kimi adam balası kimi danışmağa
başladı. Tәkcә “R” hәrfini düzgün tәlәffüz elәmirdi.
– Mәn o qurdam. Sәn mәni dә öldürüb igidliyi bir toxum kimi dünyaya
sәpә bilәrdin. Amma gecikmisәn. Tәәssüf ki, mәni bir dәfә öldürüblәr. Sәnin
dilindә danışan peyğәmbәr daha heç vaxt yerә göndәrilmәyәcәk. Sizә bir
dәfә mәni göndәrmişdilәr. Mәnanı anlamadan tutub mәni yediniz. Gör indi
qurd olmayan peyğәmbәrlәrin başına nә oyun açarsız. Hәlә mәn qurdam,
sizinlә bacarmadım. Sәnin igid olmaqdan ötrü bir әlacın qalıb. Kürreyi-
әrzdә, iri nәhrin içindә bircә dәnә diri әjdaha qalıb. Ondan iri, güclü vә
mәnfi olan nәsә bu dünyada daha yoxdur. Ölüm onun yanında mәlәkdir.
Sәn ancaq onu öldürmәklә dünyada igidliyi dәb sala bilәrsәn.
İgidin sevincdәn qırışığı açılsa da, qurddan: – Onu niyә öldürüm... O,
mәnә neynәyib ki? – soruşdu.
Qurd: – O, sәnә heç nә elәmәyib – dedi. – Sәnin nağılın budur. O son
әjdahanın da sәnin kimi, әslindә böyük mәtlәblәrә heç bir dәxli yoxdur. Siz
mәnanın açılması üçün rәmzlәrsiniz. Dünyada igidlik dövrü başlanacaq.
Sәn dә bu dövrü dәb salmaq üçün seçilmisәn. Әjdaha sәni döyüşdә öldürsә
belә, yenә igidlik bir toxum kimi dünyaya sәpilәcәk. Sәn örnәksәn, misal-
san. Sәn döngәsәn. Sәndәn adamlar dәrs almalıdır. Sәn ilk cәhdsәn.
İgid qurdu son cümlәsindә qoyub nәhrә doğru qaçdı. Nәhrin suyu
donmuşdu. İgid illәrdir içindә nәhrin suyu kimi donmuş gücünü sәsinә çe-
virib, nәriltiylә әjdahanı sәslәdi. İgidin sәsindәn su şüşә kimi sındı. Şüşә
suyun sınıqları altından ölçüsü, çәkisi bәlli olmayan çox iri bir nәsnә igidin
gözü qarşısında göyә yüksәlmәyә başladı. Bu dikәlәn nәsә belәcә, altı ay
dikәldi. Yeddinci ayın tamamında igidә o dikәlәnin sözü dә çatdı.