Page 650 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 650
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Nәnәm Sarı әjdaha ölәndә mәnә demişdi ki, sәni bir igid öldürmәyә
gәlәcәk. O, sәnin qismәtin, yazındır, ondan qorxma. Birdәn o igid sәn
olarsan ha.

İgid әjdahanın onu tanıdığına bәrk sevindi.
– Düz deyirsәn, mәn sәnin yazınam – dedi.
Әjdaha igidin sәsini yuxarıdan, istәsә dә, eşidә bilmәdi. Bir az aşağı
әyildi ki, heç olmasa onun nә dediyini kәsdirә. Bu әyilmәnin havasından
tufan qopdu. Nәhrdәn әsәn külәk igidin әlindәki qılıncı çevirib öz qarnına
soxdu. Bu da sәnә igidin nağılı...
Amma tәlәsmә... Mәn bu nağıl dili ilә sәnә onu demәk istәmirәm ki...
Biz devirә bilmәdiyimiz qorxularımızın yanında çox kiçiyik. Mәn onu da
demirәm ki, iri әjdahanı göylәr deyil, biz özümüz öz qorxularımuzla şişirdib
yaratmışıq. Onu deyirәm ki, nağıl burda bitmir. Bu nağılın tamam başqa vә
çox qәribә bir sonluğu var.
650 Öz qılıncından yaralanmış igid gözlәrini açanda gördü ki, әjdahanın
iri dәmir çarpayısında uzanıb. Әjdahanın özü dә otaqdadır, qırmızı hamam
xalatında oturub, güzgülәnir. Mizin üstündә iki şüşә albalı şirәsi var. Uzaq-
dan da hәzin musiqi sәsi eşidilir. Әjdaha igidin özünә gәldiyini görüb
gülümsündü. Onun sarı, iri dişlәri leş qoxuyurdu. İgid, taqәtsiz olsa da,
yazısını unutmamışdı.
– Mәni öldürsәn dә, uduzmamışam. Sәninlә savaşım baş tutmasa da,
bu gündәn insanlar igidliyimi öyәcәk. Sәninlә üz-üzә gәlmәyim dünyanın
havasını dәyişdi. İndi mәna da dәyişәcәk. Daha insanlar igid kimi
yaşayacaq. Qorxu yenildi. Sәnin nağılın da burda bitdi. Daha mәnim
nağılımın zamanıdır.
İgidin bu qәribә sözlәrini әjdaha әvvәlcә anlamadı. O dünyaya necә
göründüyünü dә bilmirdi. İgidә dә rәqib kimi deyil, onun üçün çox xırda
olsa da, bir erkәk kimi baxırdı. Bilirdi ki, qarşısındakı adam son igiddir. O
da son әjdahadır. İgid isә әjdahanın yekә içindәn xәbәrsiz danışmağındaydı.
– Sәni öldürsәydim dә, ölüm mәni haçansa öldürәcәkdi. Qanımı
axıtmısansa, işini tamamla. Ölsәm dә, daha rahat ölәcәm. Mәn igidәm.
Mәğlub yaşaya bimәrәm.
Әjdahanın gözlәri yaşardı. Düşündü ki, axı insanlar necә belә bәsit
fikrlәrini ali әdalәt sayır. Bunun üçün, hәtta vuruşub, asanca ölürlәr dә. Axı
hamının, әn kiçik cücünün belә öz yazısı, öz әdalәti ola bilәr. Amma bu
әdalәtlәrin heç biri hamının әdalәti deyil. Görәsәn, igid bu kiçik gücü ilә
hansı igidlikdәn danışır? İnsanlar bir külәkdәn zәif olduqları halda, nәyә
görә qalib kimi yaşamaq istәyirlәr? Bu, onlara nә verir?
Әjdaha ayağa qalxıb güzgünün önünә keçdi. Mülayim baxışları ilә
igidi süzüb dedi: Yeddi min ildir ki, tәnhayam. Hamı mәndәn qorxduğu üçün
   645   646   647   648   649   650   651   652   653   654   655