Page 640 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 640
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
– Bu barәdә kim düşünmür ki? Mәn, mәsәlәn, altmış ildir bu barәdә
duşunurәm, bilәt, – Pavel bir qәdәr susduqdan sonra әrkyana әlavә etdi, –
Edik, dur gәl bizә, yaxşı “yanacağım” var, Moskvadan gәtiriblәr.
Pavel adamın könlünü almaq istәyәndә dә sәsinin tonunu aşağı
salmırdı. Yalnız söyüşlәrinә ara verirdi.
– Meylim çәkmir, Paşa, – onun bu xidmәtindәn imtina etdim.
– Necә yәni meylim çәkmir, sәn gerçәkdәn xәstәlәnmisәn, nәdi? –
Onun alәmindә yalnız xәstәlәr “yanacaq”dan imtina edә bilәrdilәr.
– Hә, xәstәlәnmişәm, – dedim.
– Neynәk, dağ Mәhәmmәdin yanına gәlmirsә, onda Mәhәmmәd dağın
yanına getmәlidir. Otur evdә, indi gәlirәm.
Üstündәn on-beş, iyirmi dәqiqә keçmәmiş Pavel artıq mәnim yanım-
daydı. Moskva arağından içә-içә söhbәtlәşib-dәrdlәşdik. Söhbәt hәrlәnib-
640 fırlanıb yenә dә siçovulların üstünә gәldi. Bir ara mәnim kitab rәfimi
diqqәtlә nәzәrdәn keçirdikdәn sonra Pavel arağın tәsirindәn pörtmüş üzünü
mәnә tutdu:
– Sәn Kamyunun “Taun” romanını oxumusan? – O, bu sualı elә-belә
vermirdi. Kamyu bu romanda, sanki bizim indiki İntanı tәsvir elәyib. Xәstә
siçovullar üzә çıxıb şәhәr әhlini tauna yoluxdururlar, qırılan qırılır…
– Hә, – dedim, – orda tәsvir olunan şәhәr elә bil bizim şәhәrdir.
– Hә! Amma, şükür Allaha, hәlә ki, şәhәrdә ölüb-itәn yoxdur.
– Hәlәlik yoxdur.
– Heç olmayacaq da! – Pavel növbәti araq stәkanını gillәdib marça-
marçla xiyar turşusundan çeynәyә-çeynәyә dedi.
– Hardan bilirsәn, falçısan?
O, mәzәmmәtedici baxışlarla mәni süzdü:
– Ay-yay! Sәn mәni nә bilirsәn, dostum? Bayaq sanepidemstansiyaya
getmişdim, dedilәr ki, siçovullarda heç bir xәstәlik aşkarlanmayıb.
– Bәs onda bunlar niyә yuvalarından perik düşüblәr?
Mәn soruşduqca Pavel daha da vacib görkәm alırdı:
– Orasını heç kәs bilmir, – guya bu bilinәn mәsәlә olsaydı, Pavelin
bundan mütlәq xәbәri olmalıydı, – delfinlәr niyә özlәrini sürüylә sahilә
atırlar?
Әllәrimi qaldırdım. Bu o demәkdi ki, onun verdiyi cavab mәni tam
qane edir.
Az qala sevincәk bir stәkan araq da mәn aşırdım. Bizdә qayda belәydi –
kimin könlü nә qәdәr istәyir o qәdәr içir. Sağlıq-filan demәk yoxdu, elәcә
“bud zdorov”, vәssalam.