Page 637 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 637
mad Baøke÷id
– Vasya! Vasili… 637
– Hә, nәdir? – Vasya içәridәn sәslәndi.
– Bir dәqiqәliyә eşiyә çıx!
– Hә, çıxdım, nәdir? – Vasya başını qapıdan eşiyә çıxardı.
– Deyәsәn, başa düşmәdin, mәn sәnә siçovul tәklif edirәm, bax, bu
yekәlikdә, – qollarımı açıb onun pişiyindәn dә yekә bir siçovul tәsvir
elәdim.
– Elә siçovullardan mәnim mәnzilimdә nә qәdәr desәn var.
– Belә de! – Durduğum yerdә hirslәnmәyә başladım. Sanki siçovulu
gәlib aparmadığına görә Vasyanı mütlәq borclu çıxarmalıydım, – bәs mәnә
niyә demәmisәn?
O, tәәccüblә üzümә baxdı:
– Necә bәyәm, sәn sanitar hәkimi-zadsan?
Haqlı sözә nә deyәsәn? Amma Vasya kimi birisinin sözdә mәni
bağlamasına da yol verә bilmәzdim. Di gәl, mәn tutarlı bir cavab üzәrindә
fikirlәşәnә kimi o:
– Nәsә gözümә yaxşı dәymirsәn, dostum, get temperaturunu ölç, –
deyә әlavә elәdi vә başını bulayaraq içәri çәkildi.
Ürәyimdәn keçdi ki, Vasyanı çağırıb әmәlli-başlı acılayım, ancaq o biri
qonşulardan ar elәdim.
Siçovulun ölüsünü eyvanda qoyub mәtbәxә qayıtdım. İştaham tamam
küsmüşdü. Bir stәkan çay içib, siqaret yandırdım. Demәli, belә! Bircә
siçovulumuz çatışmırdı. Demәk, Vasyanın mәnzilindә dә siçovul әmәlә
gәlib. Elә isә başqa mәnzillәrdә dә siçovul olmamış deyil, daha bunun ora-
burası yoxdu. Olsun ki, siçovulların yuvasını su basıb, onlar da üzüyuxarı
dırmaşıb, mәnzillәrә soxulmalı olublar. Pәncәrәdәn eşiyә baxdım. Aramsız
yağan yağışın şırıltısı sanki mәnim fikrimi tәsdiqlәmәkdәydi. Pәncәrәdәn
baxa-baxa fikirlәşdim ki, işdәn qalmağın da bax bu cür fәsadları var. Guya
dincәlәcәkdim, ancaq gör sәhәrdәn nәylә mәşğulam. Qamışdan düzәldilmiş
kresloma yayxanıb başqa şeylәr barәdә fikirlәşmәyә çalışdım.
***
Günorta saatları idi. Qapının zәnginә ayılıb gördüm ki, elә kreslodaca
yuxuya getmişәm. Qapını әllә dә döymәyә başladılar.
– Kimdir? – Oturduğum yerdәn sәslәndim.
– Açın, biz sanitar xidmәtindәnik, – qapının ardından әsәbiliklә cavab
verdilәr. Görünür, nә vaxtdır ki, qapını döyürlәr.
Deyәsәn, bu siçovul mәsәlәsi get-gedә böyüyür. Bunlar, lap yәqin,
gәmiricilәrlә mübarizә idarәsindәndirlәr. Ancaq mәn axı onları çağırma-