Page 635 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 635
mad Baøke÷id

– Bilәt, necә yәni gәlә bilmәyәcәyәm bilәt, mәn burda sizin üçün 635
kimәm nax, Qrişa bilәt mәzuniyyәtdә, Saşa nax ezamiyyәtdә, sәn dә belә
nax… Görәcәksiniz, qәzet bilәt çıxmayacaq nax…

Paşa hödüllәyib-tökmәkdәydi. Zalım oğlunun iki sözündәn biri
söyüşdü. Düzdür, Paşa ağzıyırtıq adamdı, ancaq redaksiyada heç kәs onun
sözünün üstünә söz söylәmirdi. Çünki, әvvәla, o, qәzetin әn qocaman
işçisiydi, yaşı yetmişә yaxın olardı, ikincisi dә redaksiyanın әsas
sütünlarından biriydi, bәlkә dә, әn әsas sütünuydu. Odur ki, Paşa redak-
siyada özünün kirimiş “әsas sütun” taleyini yaşamaqdaydı – onu nә
ezamiyyәtә göndәrirdilәr, nә mәzuniyyәt verirdilәr. Baxmayaraq ki, o, bizim
canlı reliktimiz idi, İntada o yaşda bir-iki adam vardı, ya yoxdu, özü demiş,
işi-peşәsi eşşәk kimi çalışmaqdı. Ancaq, deyәsәn, bu cür hәyat tәrzindәn
heç onun özü dә rәncidә deyildi. Arvad yox, uşaq yox, uzun hәyat yolunda
hamısıyla bir-bir üzülüşmüşdü. İndi bir beşinci әtrafı idi, bir dә boğazı.

Dәstәyi qulağımdan aralayıb bir siqaret yandırdım, o, azacıq fasilә
verәn kimi isә yenidәn qulağıma tutdum:

– Redaktor soruşsa, deyәrsәn ki, bәrk xәstәlәnib, yorğan-döşәyin
içindәdir, – dedim vә dәrhal telefonu qapatdım.

Üstündәn heç beş saniyә keçmәmiş telefon zәng çaldı. Pavel idi.
– Bax, sәnә deyirәm, Edik – onun sәsindә hәdәlәyici notlar vardı, –
“Qığılcım”dan alov doğa bilәr ha… bilәt…
Ona sözünü tamamlamağa macal vermәdim. Әlimi uzadıb telefonun
şnurunu şәbәkәdәn ayırdım.
“Qığılcım” bizim şәhәr qәzetinin adı idi. Leninin “Qığılcım”ından
fәrqli olaraq, bizim “Qığılcım”dan yüz il yüz ilә qala, heç nә doğan deyildi.
Bunu, yәqin, bilirdim. Olsa-olsa, mәni işdәn qovacaqdılar. Bunun üçün isә
mәn әlimdәn gәlәni etmişdim; neçә dәfә işә lül-qәmbәr gәlmişdim, dәfәlәrlә
redaktorun üzünә qayıtmışdım, işçilәri acılamışdım, daha nәlәr elәmәmiş-
dim. Fikirlәşdim ki, daha doğrusu, özümü mәcbur etdim fikirlәşәm ki, belә
yağışlı havada heç bir qığılcım alov doğura bilmәz vә bu mәcazın mәntiqin-
dәn içimdә bir arxayınlıq yarandı. Qığılcımdan alov doğmayacaqsa, demәk
ki, mәni dә işdәn qovmayacaqlar. Sözün düzü, qәzetdәn çıxmaq istәmirdim.
Necә olmasa da, neçә vaxtdı burada işlәyirdim, üzüm öyrәşmişdi. Üstәlik,
yazmaqdan başqa, әlimdәn bir şey gәlmirdi, kömür mәdәninә isә acından
ölsәm dә, düşәn deyildim.

***
Bütün işlәr bundan sonra baş verdi. Mәtbәxә keçib özümә çay qoymaq
istәdim. Qapını aralayıb içәri adlamaq istәyәndә zil-qara bir siçovulun
   630   631   632   633   634   635   636   637   638   639   640