Page 632 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 632
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Veyil dәrәsi

Mәn mömin quşlar vә şәhid atlar barәdә eşitmişdim. Sonra bu
barәdә әdәbiyyat da tapıb oxudum. Daha sonra Moskvanın ucuz
kinoteatrlarından birindә pop-korn yeyә-yeyә vә fanta içә-içә kinoya baxan
adamlarla birgә mәşhur italyan rejissoru Pazolininin “Quşlar vә
quşcuğazlar” filmini seyr etdim vә o vaxtdan yәqinlәşdirdim ki, heyvanat
alәmi insanlıq üçun çoxlu ibrәtlәrlә doludur.
Pazolininin bu filmindә monaxlar xristianlığı quşların arasında yaymaq
üçün göndәrilirlәr. Monaxların sәyilә qırğılar da, sәrçәlәr dә dönüb xristian
olurlar. Lakin qırğıların tәbiәtindә sәrçәlәri ovlayıb yemәk var, odur ki,
mömin olduqdan sonra da onlar bu şakәrlәrindәn qalmırlar – xristian qırğılar
632 xristian sәrçәlәri yemәkdә davam edirlәr.
Bilmirәm fikir vermisinizmi, bütün canlılar, xüsusәn dә insanlar
yaşadıqları coğrafiyadan daha çox yediklәri yemәyә bәnzәyirlәr. Londonda
nәşr olunan mötәbәr elmi “Foks Ltd” jurnalının 2005-ci il №7 tarixli sayında
bağırsaq qurdları üzәrindә aparılmış bir tәcrübәdәn söz açılır. Burada deyilir
ki, bu qurdları, yemәk vermәzdәn qabaq, bir müddәt işıqla qıcıqlandırmışlar.
Bu cür tәcrübәlәri hәşәmәtli rus fizioloqu Pavlov itlәrin üzәrindә aparırmış.
Ancaq ingilislәr Pavlovdan xeyli irәli getmişlәr. Onlar qurdların bir
qismindә şәrti refleks yaratdıqdan sonra hәmin qurdları öldürüb, parça-tikә
elәyib şәrti refleksi olmayan o biri qurdlara yedirmişlәr. Nәticәdә hәzm-
rabedәn keçirilmiş hәmcinslәrinin bütün vәrdişlәri hәmin qurdlara
keçmişdir…
Belә, canım oxucum! Sәn elә bilirsәn, bәzi Afrika qәbilәlәrindә insan
әtini bekarçılıqdan yeyirlәr? Әsla! Sadәcә, onlar alimlәrin hәlә indi-indi
kәşf elәdiklәri şeylәri lap çoxdan bilirlәr vә fürsәt düşәndә adam әti
yemәkdәn qalmırlar. Bәli, başqasının gücünü, tәcrübәsini öz gücünә –
tәcrübәsinә qatmağın әn kәsә yolu mәhz hannibalizmdәn keçir. Bunu day
biz demәdik!
Afrikalıları bir qırağa qoyaq. Mәgәr yeri gәldi-gәlmәdi öz mәdәniy-
yәtini camaatın gözünә soxmağa çalışan avropalıların arasında düşmәninin
ürәyini çıxarıb yeyәnlәr, qanını içәnlәr azmı olub? Mәn hәlә bunu, bir növ
praktikaya çevirmiş bir çox asiyalı sәrkәrdәlәri demirәm. Şübhә etmirәm
ki, bu әtә-qana yeriklәmәk şövqü düşmәnin bütün gücünün, iradәsinin onun
ürәyindә, ciyәrindә vә qanında cәmlәşmәsi barәdә çox әski inanclara
dayanır. El arasında cәsarәtli adamlara boş yerә “ürәkli adamdır”, nә bilim
“ciyәrli oğlandır” demirlәr ki!
   627   628   629   630   631   632   633   634   635   636   637