Page 633 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 633
mad Baøke÷id
Bu yaxınlara kimi elә bilirdim ki, “sәnin әtini yeyәrәm” tipli ifadәlәr, 633
sadәcә, bir nitq ştampıdır, dilimizdә dolaşıb-durur özüyçün. Nәdәn ki,
hazırda, bәzi manyakları nәzәrә almasaq, hәrfi anlamda heç kәs heç kәsin
әtini yemir. Amma, sәn demә, burada da mәsәlә mәn fikirlәşdiyim kimi
deyilmiş. Lap bu yaxınlarda sәmavi kitablardan birindә oxudum ki, “әgәr
siz bir kәsin haqqını tapdayırsınızsa vә ya halal haqqına sahib çıxırsınızsa
onda onun “әtini yemiş olursunuz”. Nә az, nә çox!
İsa peyğәmbәr öz tәrәfdaşlarına çörәk vә çaxır ikram elәyәrkәn nә
demişdi: “Alın, yeyin, bu, mәnim әtimdir, için, bu, mәnim qanımdır”. İndi
siz deyin, yuxarıda söylәdiklәrimizdәn sonra İsanın bu sözlәrlә nә demәk
istәdiyi barәdә teoloqların sürәkli müzakirәlәr aparmasına ehtiyac varmı?
İsa bu sözlәrlә yalnız onu demәk istәmişdi ki, bilirәm, siz mәni satacaqsınız,
sizin üzәrinizdәki haqqımı ayaqlarınızın altına salacaqsınız. Yәni,
dolayısıyla, әtimi yeyib, qanımı da su yerinә içәcәksiniz…Vәssalam! Yüz
teoloq gәlsin, mәni bu fikrimdәn döndәrә bilmәz.
***
Sözü uzaqdan başladığım üçün üzr istәyirәm, әziz oxucum. Amma elә
mәtlәblәr var ki, onların haqqında söhbәti ya bu cür aparmalısan, ya da heç
aparmamalısan. Hәr halda, prelyüd deyilәn nәsnә dә bizim icadımız deyil…
…Onda payız tәzәcә girmişdi. Yadımdadır, yayın әtalәti cәmisi beş-
altı gün sürdü vә birdәn-birә yağışlı havalar başladı. Amma nә tәhәr başladı!
Mәn artıq üçüncü il idi ki, Kominin İnta şәhәrindә yaşayırdım vә bilirdim
ki, payızın xәmiri suya doymayınca bu şәhәrdә yağmurun arası kәsmәyәcәk.
Kominin, elәcә adı Komidir. İnta şәhәrindә komi millәtindәn olan
adamları barmaqla saymaq olardı. Onlar da, nәdәnsә, öz milli kimliklәrini
büruzә vermәmәyә çalışırdılar. İntanın yetmişminlik әhalisinin, mәmurları,
müәllimlәri-filanı nәzәrә almasaq, demәk olar, hamısı kömür mәdәnlәrindә
işlәyirdilәr. Bir dәfә işlәdiyim şәhәr qәzetindә şaxtaçıların hәyatı barәdә öz
aramızda kiçik bir hesablama aparmışdıq. Mәlum olurdu ki, onlar
ömürlәrinin çox hissәsini yerin altında keçirirlәr. İnta mәdәnçilәri bir-
birilәrini yarızarafat-yarıciddi “siçovul” deyә çağırırdılar vә bundan heç kәs
incimirdi. İntalılar siçovul hәyatı keçirmәyә, bir növ mәhkum olunmuşdular.
Zatәn onların başqa növ әmәklә mәşğul olmaq imkanları da yoxdu. Bilәnlәr
bilir ki, bu torpaqlar qısırdır vә mer-meyvә nәdir, heç Allahın kartofunu da
bitirmir.
İntanın nә havası havadır, nә suyu su. İşdir, nә vaxtsa yolun bu şәhәrә
düşsә, oranın qәbiristanlığını ziyarәt etmәyi unutma, әziz oxucum. Oradan