Page 639 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 639
mad Baøke÷id

birә hiss etdim ki, bu şәhәrә dә, içi dә özüm qarışıq bu şәhәrin bütün 639
insanlarına da – hamıya vә hәr şeyә nifrәt edirәm. Mәn ağır, hәtta bir qәdәr
lәng tәbiәtli adamam. Daha, doğrusu, vaxtilә belә bir adamdım. Bu lәnәtә
gәlmiş şәhәr mәni hövsәlәsiz, özündәn tez çıxan, cırtqoz birisinә çevirmişdi.
Әtrafdakılar bunu özlәri üçün Qafqaz temperamenti kimi yozurdular, ancaq
bunun belә olmadığı mәnim özümә gün kimi aydın idi. Aydın idi ki, mәn
fәlәyin xәrcinә verdiyim bu üç il müddәtindә hansısa işıqlı perspektivlәr
uğrunda deyil, yalnız hәbsxanaya, dәlixanaya düşmәmәk vә günlәrin bir
günündә intihar elәmәmәk uğrunda mübarizә aparmaqla mәşğul olmuşam.
Mәn artıq bütün intalılar kimi buradan çıxıb getmәk, ilim-ilim itmәk
arzusuyla yaşayırdım. Bәlkә, mәni ayaqda saxlayan da mәhz bu istәk idi,
başqa heç şey. Düşünә bilәrsiniz ki, nә böyük arzuymuş – çıxıb getmәk
istәyirdin, gedәydin. Amma axı hara gedәydim? Kәndә dönmәyi heç ağlıma
belә gәtirmirdim. Mәn kәnddәn dünyanı fәth etmәk üçün çıxmışdım, daha
әli әtәyindәn uzun qayıtmaq üçün yox. Bakıda isә nә qalmağa yerim vardı,
nә dә heç olmasa ilk vaxtlarda mәnә arxa-dayaq olacaq birisi. Qohum-
qardaş hamısı it unu kimi Rusiyanın çöllәrinә sәpәlәnmişdilәr…

Bir xeyli belәcә heysiz oturduqdan sonra durub televizoru yandırdım
vә yatağıma uzanıb verilişlәri seyr etmәyә başladım. Yerli kanalda şәhәrin
baş sanitar hәkimi çıxış edirdi: “…әziz sakinlәr, yuxarıda dediklәrimizi
nәzәrә alaraq, sizin hәr birinizi mәsuliyyәtli olmağa, әlaqәdar tәşkilatların
tövsiyәlәrinә ciddi әmәl etmәyә çağırıram. Siçovullar hansısa yoluxucu
xәstәliyin daşıyıcısı ola bilәrlәr. Ona görә dә onlarla bilavasitә kontaktda
olmanız mәslәhәt deyil. Xüsusәn dә uşaqlara nәzarәti güclәndirmәk
lazımdır. Tәlә qurmaqla vә digәr üsullarla siçovulları mәhv etmәk qadağan
olunur”. Sonra başqaları danışdılar. Siçovullar günün mövzusuna çevril-
mişdilәr.

***
Axşamtәrәfi telefonun şnurunu şәbәkәyә birlәşdirib Pavelә zәng
elәdim.
– Paşa, işlәr necәdir?
– Necә olacaq, bilәt, şәhәrdә nax siçovulların әlindәn tәrpәnmәk olmur.
Sәn sabah işә çıxacaqsanmı, bilәt?
– Sizin evdә dә siçovul var?
– Әlbәttә var, nax. Sabah işә çıxacaqsan, ya yox?
– Bilmirәm, Paşa, mәn hazırda bu şәhәrdәn çıxıb getmәk barәdә
düşünürәm.
   634   635   636   637   638   639   640   641   642   643   644