Page 581 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 581
ßlabbas

Gözәl

Bibimin kәndә qayıtmağı camaat arasında bәrk sәs-küyә sәbәb 581
oldu. Az qala bütün kәnd ondan danışırdı. Yazıq qadın küçәyә
çıxmağa peşman idi, dәrhal xısınlaşma başlayır, bibim gözdәn
itәnә qәdәr arxasınca tamaşa elәyirdilәr. Qonşumuz Şayәstә xalanın birinin
dә üstünә beşini qoyub danışanda elәdiyi kimi, onların dәridәn-qabıqdan
çıxmalarından hiss elәyirdim ki, bibim bu adamların nәzәrindә qorxunc vә
idbar bir varlıqdır. Amma, әslindә, belә deyildi. Bunu alәmdәn-alәmә hamı
bilirdi ki, bibimin gözәlliyi bütün әtraf kәndlәrdә dә adla deyilir. Hәlә qız
vaxtı tay-tuşunun, lap elә ondan böyüklәrin dә bibimә necә bәxtәvәrçilik
verdiklәrini indi dә danışanlar az deyil. Küçә-baca bir yana, o heç evdә dә
bir gün görmürdü. Atamla anam sanki gün-gündәn bu adama qarşı daha
qәddar olurdular. Onlar yarım il, bir il bundan әvvәlki adamlar deyildilәr;
süfrә başında onu dodaqucu danışdırır, iş görәndә ona hәqarәtlә baxır, söz
tapmayanda isә hәrәkәtlәrini lağa qoyurdular. Bibim özü dә bunu hiss elәyir,
amma nәdәnsә susur, heç nә demirdi. O tәkcә mәnimlә ürәklә danışır, yeri
düşәndә biz öz aramızda hәrdәn bәzi şeylәr barәdә mәslәhәt dә elәyirdik.
Amma mәn görürdüm ki, bibim günü-gündәn yaz buzu kimi göz önündәcә
necә әriyir. Bir dәfә o, dükandan qayıdıb gәlәn kimi dәrdinә әlac axtaran
adam tәkin mәndәn soruşdu ki, niyә axı hәr şey o istәdiyinin әksinә oldu,
niyә? Mәgәr o günahkardır ki, dünya axmaq adamlarla doludur? Mәn nә
illah elәdimsә, bibim ayrı heç nә demәdi vә әksәr vaxtlarda olduğu kimi,
gücünü yenә dә gözlәrinә verdi. Buna oxşar hadisәlәr sonralar dә tәkrar ol-
undu. Hәmişә deyib-gülәn bu şux qadın әrinin vә bir cüt balasının
ölümündәn sonra belә olmuşdu. Kәnddә hamı danışırdı ki, çox çәkmәz,
bibimin başına hava gәlәr. Hәlә onda kәnddә elә bir qapı yox idi ki, bir
evdәn üç nәfәr Allahın qәzәbinә bir gündә gәlmiş olsun. Heç şöhrәti әtraf
kәndlәrә yayılmış Seymur әminin könüllülәr batalyonu da – üç nәfәr dә
onlardan öldürmüşdülәr – o gün kәndi o qәfil bәladan xilas elәyә bilmәdi.
O hadisә baş verәn vaxt bibim bizdә idi. Nәsә aparmağa gәlmişdi. Qәfildәn
adamların fәryadı eşidildi. Sәs kәndin yuxarısından – bibimgilin tәzәcә tikib
başa gәtirdiklәri ev dә orada idi – gәlirdi. Dәrhal kәnd bir-birinә dәydi.
Aramsız güllә sәslәrindәn vәlvәlәyә düşmüş adamlar qaçışır, çığırır, qorx-
unc nalә ilә bir-birini sәslәyirdilәr. Biz evimizin yanındakı tәpәyә qalxanda
bibimgilin evi artıq od içindә idi. Alovun dillәri az qalırdı göyә çatsın.
Tәxminәn saat yarımdan sonra bәdxahların hәmişә әyri nәzәrlәrlә süzdüyü
evdәn bircә qapqara qaralmış divarlar qaldı. Bibimin dizin-dizin sürünә-
   576   577   578   579   580   581   582   583   584   585   586