Page 586 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 586
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

dünyadan gәtirmәklә dә iş qurtarmazdı. İntәhası bundan sonra bibim dә üz
vurmadı, o hadisәdәn sonra hiss elәdim ki, yazıq qadın ağrılarına necә son-
suz әzab hesabına sinә gәrә bilir, dәrdini içindә çәkir. Onun gömgöy
göyәrmiş barmaqlarının ağrısından günlәrlә ilan kimi qıvrıldığını görәndә
atamın nә cür qaniçәn olduğuna bir daha inandım. Nә illah elәdimsә, bibim
mәnimlә hәkimә getmәyә razı olmadı. Onu nә üçün xәstәxanaya
aparmadığının sәbәbini soruşanda isә atamın üzünә sanki qaramtıl tül pәrdә
çәkildi.

– Uşaqsan, get uşaq qәlәtini elә, – onun mәnә cavabı bu oldu, – mәnә
ağıl verәn olub.

Necә oldusa, bir dәfә bibimdәn soruşdum ki, onu orda kinoya çәkiblәr?
Tәәccübdәn onun ensiz, qәşәng qaşları baş-başa gәldi, sanki alnı kiçildi.

– Nә kino? Kino nәdi?
Hiss etdiyimә görә, әgәr gerçәkdәn dә, belә bir şey olmuşdusa, elә bu
586 sözün özü dә ona bәzi şeylәri xatırlatmalı idi. O, mәnim bunu hardansa
eşitdiyimi dә duymamış olmazdı, çünki görmәzә-bilmәzә belә şeyi özündәn
icad elәmәyә gәrәk adamda baş ola.
– Demәli, belә söhbәtlәr dә gәzir? – o, yuxuda sayıqlayan adamlar kimi
bir sәs çıxardıb fikirli halda, әli qoynunda pәncәrәyә doğru getdi.
– Әbdülәli deyir ki, o kinolara әn gözәl qızları çәkirlәr. Deyir, dünyanın
hәr yerindә indi әn çox dәbdә olan o cür kinolardı. Çünki yaxşı pula gedir.
– Axı mәn heç gözәl dә deyilәm, bibi qurban, – küçәdәn gәlib-gedәn-
lәrә tamaşa elәyәn bibim mәnә tәrәf döndü, – sәn niyә hәr sәfehin sözünә
inanırsan?!
Sualına cavab vermәdәn mәn onu elәcә otaqda qoyub çıxıb getdim.
Әslindә ona görә getdim ki, dediklәrim üçün xәcalәt çәkmәyim; yer
yarılsaydı, utandığımdan yerә girәrdim. Yәqin, o heç vaxt bunu
bilmәyәcәkdi ki, mәn hәr dәfә onun haqqında bir xәbәr eşidikcә xәlvәtә
çәkilib necә göz yaşı axıtmışam. Bunu bilmәyi üçünsә gәrәk onda eşitdik-
lәrimin hamısını bittә-bittә ona danışaydım.
Düz iki gün bibimin gözünә görünmәdim. Deyәsәn, heç o da mәnimlә
üz-üzә gәlmәyin hәvәsindә deyildi. Ertәsi gün sıx yarpaqlı tut ağacının
budağında oturub özümçün mәşğulat elәyirdim. Sudan qayıdan bibimin
Seymur әminin uzaqdan gәldiyini görüb addımlarını necә yavaşıtdığını hiss
elәdim. Oğlan da onun tuşuna çatıb ayaq saxladı. Bibim salam verәndәn
sonra onlar müәmmalı tәrzdә bir-birlәrini süzdülәr. Açığı, gözlәmәzdim ki,
kim, kim, Seymur әmi bibimin salamını yerә sala. Bir vaxtlar bibimin
dәrdindәn dәli-divanә olan bu oğlanın bu günәcәn mәhz ona görә evlәnmә-
diyini kәnddә kim bilmirdi ki? Elә bunsuz da. Әgәr salam, doğrudan da,
   581   582   583   584   585   586   587   588   589   590   591