Page 583 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 583
abbas

andan kömür kimi qapqara qaralmış atam da elә bil az-maz rahatlanan kimi 583
oldu. Onlar atama tәsәlli verirdilәr ki, qәm yemәsin, fәlәyin zülmü çoxdu,
Allahın da mәrhәmәti...

Aradan ay yarım keçmәmiş kәndә o gün tutulan kişilәrin güllәlәndi-
yinin xәbәri dә gәlib çıxdı. Onlardan tәkcә Fәrrux әmini öldürmәmişdilәr
ki, әsirlәrlә dәyişsinlәr. Ölmәyi ilә sağ qalmağının elә bir fәrqi olmayan qo-
ca onsuz da ayaq üstә zorla dayanırdı. Heç bilәn dә yox idi, o gün üzüm-
lüyә necә vә hansı niyyәtlә gedib çıxıb...

Meyitlәri vermәk üçün bir әtәk pul istәdilәr. Mәnim tәxminimә görә,
heç kim o qәdәr pulu tapıb vermәyә razı olmazdı. Axı bu dünyada olmayan
adamın harda olmağının, görәsәn, ölü sahiblәri üçün nә fәrqi vardı ki?
Amma kim idi mәnim dediyimlә oturub-duran? Tezliklә doqquz hәyәtdә
yasxana quruldu. Öz meyitlәrini alıb onları ağır-әziz elәmәklә nә demәk
istәdiklәrini soruşduqda dәrin xәyala dalmış atam soyuqqanlı halda:

– Kaş belә bir xoşbәxtlik bir gün bizim dә başımıza gәlәydi. And olsun
Allaha, toy çaldırardım bu hәyәtdә, – deyib sinәdolusu köks ötürdü. Öz
doğmaca vә cavan bacısının ölümünü belә ürәkdәn arzulayan bir adamla
ata-bala olmaq mәnimçün inanılmaz bir şey idi. İndi necә dә istәyindә idim
ki, bibim olan yerdә kaş atam olaydı!...

Bibim! Gör nә vaxt idi onlar haqda dәqiq bir şey bilәn yox idi?
Әvәzindә ara-bәrәdә gәzәn söz-söhbәt nә qәdәr desәn! Fikir vermişdim, o
cür danışıqlar әsas da Sәrtib әminin oğlu Әbdülәli kәndә gәlib qayıdandan
sonra yayılırdı. Ara qarışan kimi baş götürüb Bakıya gedәn bu oğlan
hәrdәnbir kәndә baş çәkmәyә elә bil mәhz ona görә gәlirdi ki, insan ağlına
batmayan müxtәlif cür dedi-qoduları toxum kimi kәndә әkib getsin. Onu
xoşlayanlar da vardı, nәdi-nәdi, Bakıdan gәlәndә od qiymәtinә dә olsa, o
şey qalmırdı ki, tapıb gәtirmәsin. İllah da qıta çәkilmiş әrzaq, azuqә. Elә ki
söz Әbdülәlinin ağzından çıxdı, şayiәlәr kәndi dәrhal ağzına alırdı. İndi
burda eşitdiyi bir şeyin ora-burasına da düzәliş elәyib çәtinә düşәn kimi
“vallah, eşitdiyimi danışıram” deyәnlәrin sayı-hesabı yox idi. Hәtta bәzәn
bu söhbәtlәri әn ciddi adamların da dilindәn eşidә bilәrdin. Arada söz gәzirdi
ki, bibimgili mәrkәzә, yәni Yerevana aparıblar. Orda onların başına min bir
oyun açıldığını utana-utana danışsalar da, hәr halda danışırdılar. Әbdülәli
mәnә elә belә dә dedi:

– Bibin tәk olsaydı, nә vardı ki? O yun çubuğunun әvәzini dә ondan
çıxacaqlar.

Yun çubuğu – bu, arıq, sısqa, hörümçәkdәn can uman Gülbuta xalanın
ayaması idi.

Әbdülәlidәn o xәbәri eşidәn gün mәnim bibimә elә yazığım gәldi ki,
Qurana yalandan әl basdığı üçün ağzı gedib qulağının dibindә durmuş
   578   579   580   581   582   583   584   585   586   587   588