Page 578 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 578
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Qoca özündә deyildi, narahat bәbәklәri gәzib-dolanıb, aradabir yenә
qәzәblә kimәsә zillәnirdi… İndi o, sәsini, getdikcә itәn nәfәsini hardansa,
altdan – hansısa keçilmәz darısqallıqlardan zorla çәkib gәtirirdi…

– …o dәfә dedim axı… dedim, gәlmә… Gәlmә… Gәlmә!.. – inildәyib
kimdәnsә gizlәnәntәk, üzünü divara çevirdi, orda lap astadan:

– Qorxuram… sәndәn qorxuram… Özün dә bilirsәn, necә qorxuram… –
deyib susdu.

Vahimәdәn nәfәsimin tәngidiyini hiss edib, Sәidәnin ardınca o biri
otağa keçdim.

***
...O axşam qocanın bu son sayıqlamalarının mәnә, yoxsa әmioğlunun
dediyi kimi, O dünyadan dalınca gәlәn mötәbәr Elçiyә aid olduğunu nә o
578 gün, nә dә sonralar; nә mәn, nә dә Sәidә müәyyәnlәşdirә bilmәdik.
Qoca sәhәrә yaxın, qәribә, şirin bir mışıltıyla keçindi.
O keçinәn zaman otaqda mәndәn başqa hamı yatmışdı. Sәhәrә az
qalırdı.
Mәn, göz qapaqlarımı ağırlaşdıran yuxunu qaçırmaqdan ötrü, bir-
birinin ardınca fincan-fincan tünd çay içә-içә, şәhәrlәrarası treylerә sığacaq
“tarixi” qovluq qalağının içindә eşәlәnir, burda yazılanların – ayrı-ayrı
cümlәlәrin, qeyd vә misraların mәzmunu, әlaqәsizliyi vә qırıqlığı ilә
qocanın canüstü sayıqlamalarının davamına, ya әvvәlinә bәnzәdiyindәn
heyrәtә gәlirdim… Heç bir mәnası, mәntiqi ardıcıllığı olmayan söz
yığnağıyla dolu bu saralmış sәhifәlәr qәribә idi ki, hәm dә bizlәrin
anlamadığı hansısa yad әrazilәrdә yaşanan hәdsiz dolu vә ağrılı bir hәyatın
mәnzәrәsini yaradırdı...
O sәhәr qocanın keçinmәyindәn mәn tamamilә tәsadüfәn, sübhün
erkәn çağı hardasa yaxınlıqda xırda kilidә bәnzәr nәyinsә sәliqәli bir
çırıqqıltıyla açılmasına, ya bağlanmasına bәnzәr sәsә başımı qaldıranda
xәbәr tutdum… Qoca cansız gözlәrini iri-iri açıb üzümә zillәnmişdi...
Mәn yatanları oyadıb qocanın keçindiyini xәbәr verәndә gün artıq
yuxarıda idi.
Sәidә niyәsә daha ağlamırdı, ağappaq bәnizi ilә otaqları gәzib dolaşa-
dolaşa, güzgülәrin vә bufetlәrin üzәrinә ağ çәkir, otaqları sәliqәyә salırdı.
Әmioğlu bir xeyli qocanın üzü ilә mәşğul oldu. Әvvәl heç cür
bağlanmaq istәmәyәn göz qapaqlarını basa-basa, axır ki, yerinә oturtdu,
sonra cibindәn çıxardığı dәsmalla çәnәsini bәrk-bәrk çәkib bağladı.
Mәsciddәn mafә gәlәnәcәn, mәn çarpayının böyründәki kәtildә oturub
qocanın dәqiqәbәdәqiqә dәyişәn, qanı çәkildikcә mәsumlaşıb gözәllәşәn
   573   574   575   576   577   578   579   580   581   582   583