Page 580 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 580
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Әlabbas
(1957)

580

Yazıçı, publisist. Azәrbaycan Dövlәt Universite-
tinin Jurnalistika fakültәsini bitirib. “Ulduz”
jurnalında әdәbi işçi, BDU-nun nәşriyyatında
redaktor vәzifәlәrindә çalışıb. Bәdii yaradıcılığa
sәksәninci illәrin әvvәllәrindә başlayıb. 1981-ci ildә
“Ulduz” jurnalında “Kişilik” adlı ilk hekayәsi, 1989-
cu ildә “Yazıçı” nәşriyyatında “Gümüşü gecәlәr”
adlı ilk kitabı nәşr olunub. “Doğma ocaq”, “Köhnә
kişi”, “Uçurum”, “Qiyamçı”, “Güdaz”, “Sonun
başlanğıcı”, “Qaraqovaq çöllәri” kimi nәsr kitab-
larının, roman vә povestlәrin müәllifidir. “Qiyamçı”
romanı Milli Kitab Müsabiqәsindә “Vәtәnpәrvәrlik
mövzusunda yazılmış әn yaxşı әsәr” nominasiyası
üzrә “Xüsusi mükafat”a layiq görülüb. Povest vә
hekayәlәri bir çox dillәrә tәrcümә olunub.
   575   576   577   578   579   580   581   582   583   584   585