Page 577 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 577
q Mÿsud
Başım sәhifәlәri ayırmağa qarışmışdı ki, qәfildәn qocanın xırıltı dolu 577
sәslә:
– …Çәkil ordan! Әl vurma onlara!.. – demәsindәn dik atıldım.
Qocanın gözlәri yumulu idi… lakin ona diqqәt kәsildiyimi necәsә,
anlayıb sәsini yumşaltdı...
– …yalvarıram… işin olmasın… – dedi, sonra özünә gәlmiş kimi, ayıq
tәrzdә. – Axı sәn nә istәyirsәn, bala?.. – deyә әlavә elәdi. Dinmәdiyimi
görüb bir az da yazıqlaşdı, sәsinin isti yerinә salıb. – Nә istәyirsәn mәndәn?.. –
dedi vә yorğun-yorğun nәfәs dәrdi…
Mәn bu “sayıqlamaların” kimә ünvanlandığını anlasam da, işimdәn
qalmırdım. Mәnә maraqlı gәlәn vәrәqlәri ayırıb bir kәnara yığır, qalanlarını
qalaqlayıb әvvәlki yerinә – qovluğa qoyurdum.
…Qoca daha mәnә baxmırdı… yalvarış dolu gözlәrini tavana zillәyib,
deyәsәn, Allaha yalvarırdı…
– …elәmә… keç günahımdan… elәmә… Dәymә, rahat burax mәni…
dәymә onlara…
Әmioğlu başını aşağı dikmişdi, cibindәn çıxardığı yekә yaylığını
gözlәrinә basıb fikrә getmişdi. Özümü bilmәzliyә vurub әmioğludan:
– O kiminlә danışır?.. – soruşdum.
Әmioğlu başını qaldırıb üzümә tәlәbkar müәllim ifadәsiylә baxdı:
– Ona toxunurlar... – deyib üzümә zillәnә-zillәnә qaldı.
– Kim?..
– Belә şeylәri bilmәsәn yaxşıdı, bala. Cavansan, nәyinә gәrәkdi? – kişi
deyib ağlamaqdan qızarmış gözlәrini indi dә pәncәrәdәn görünәn qaranlıq,
kimsәsiz küçәyә dikdi.
Mәn ayağa qalxıb kitab rәflәrinin üstündәn bir neçә qovluq da
götürdüm, gәtirib onları da stolun üstünә düzdüm vә düyünlәrini çәkdim.
…Heyrәtdәn qollarımdan barmaqlarımın ucunacan soyuq gizilti keçdi.
Bu qovluqlar da o birilәrindәn idi…
“…sabahınız xeyir, әziz dinlәyicilәr…” cümlә qırılırdı, o biri cümlә
sәhifәnin ortasından başlayırdı. “…Sevastopolun qarlı düzәnlәri ilә…” –
fikir qırılırdı, bunun ardınca “hәqiqәt dә bu idi… niyә onu buraxmadılar
ki?..”
– …әl çәk, deyirәm, sәnә!..
…Hәr ikimiz qocanın, otağın sakitliyini ağır, köhnә qapı cırıltısına
bәnzәr cırıltıyla pozan sәsinә dik atıldıq…
…İndi onun hәr iki gözü açıq idi… rәngi bozarmış bәbәklәri gözlәrinin
içiylә, tәlәyә düşmüş siçanlar kimi hәrlәnir, elә bil göz almacığından
sıçramağa yer axtarırdılar…