Page 530 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 530
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Aqil Abbas
(1953)

530

Yazıçı, publisist, kinodramaturq. Әmәkdar jur-
nalist, “Şöhrәt” ordeninә layiq görülüb. Azәrbaycan
Dövlәt Universitetinin Jurnalistika fakültәsini bitirib.
“Elm vә hәyat” jurnalının şöbә müdiri, “Sovet kәndi”
qәzetinin xüsusi müxbiri, “Әdalәt” qәzetinin baş
redaktoru vәzifәlәrindә çalışıb. Bәdii yaradıcılığa
1970-ci ildә qәlәmә aldığı hekayәlәrlә başlayıb.
“Şirinlik” adlı ilk hekayәsi 1976-cı ildә “Әdәbiyyat vә
incәsәnәt” qәzetindә dәrc olunub. “Qiyamәt gecәsi”,
“Qapqara uzun saçlar”, “Batmanqılınc”, “Әn xoşbәxt
adam” kitablarının, “Evlәri köndәlәn yar”, “Çadırda
Üzeyir Hacıbәyov doğula bilmәz”, “Dolu” kimi roman
vә povestlәrin müәllifidir. “Dolu” romanının motivlәri
әsasında eyniadlı tammetrajlı bәdii film çәkilib. “Әn
xoşbәxt adam” kitabına görә Respublika Komsomolu
mükafatına, publisistika sahәsindә fәaliyyәtinә görә
Azәrbaycan Jurnalistlәr Birliyinin “Qızıl qәlәm”
mükafatına layiq görülüb.
   525   526   527   528   529   530   531   532   533   534   535