Page 533 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 533
l Abbas
“itburnuçiçәyi” qoyaydılar) üçüncü dәfәdir ki, evlәnir. Vәli dә başqa 533
oğlanlar kimi razı ola bilmәzdi ki, gözәl-göyçәk bacısı Gülbalaya qismәt
olsun. Amma Vәli gücsüz idi, qız bәyәnmişdi vә qoşulub qaçmışdı. Gülbala
da kimlәrinsә acığına mağara sәs güclәndiricilәri qoydurmuşdu.
Vә sәhәr-sәhәr anası Nazimә on üç manat pul vermişdi ki, getsin toya.
On manat nәmәrә versin, üç dә aşığa.
Vәli Nazimin cibinә nә isә basdı:
– Mәn ölüm, sәn Mizinin canı, qaytarma. Sәnә bir işim düşüb, heç ol-
masa tay-tuşuq.
– Eşidirәm.
– Elә et ki, bu toyun sәsini atam eşitmәsin.
– Ә, mәn kimәm ki?!
Vәli Nazimә balaca bir dürtmә vurdu:
– Mәnә dә yox, dana! Bilirәm kimә ağız açıram.
Dayısının mağazasından bir “Ekstra” götürüb özünü verdi montyor
Usufun yanına. Montyor Usuf da bir az turş xiyar çıxartdı, bir-iki baş soğan,
pendir... Vә vurub dәmlәnәndәn sonra dedi:
– Nazim, sәnin xәtrinә, kәndi lap iki gün işıqsız qoyaram.
Sonra da әlini atıb darvazadakı qırmızı düymәni basdı vә o dәqiqә dә
toyun sәsi eşidilmәz oldu.
Bir az keçmiş toy evindәn tövşüyә-tövşüyә gәlәn adama montyor Usuf
qısaca cavab verdi:
– Pavrijdeniya!
Bu da o demәk idi ki, bu gün işıqdan gözünüzü yığın.
Nazim hiss elәdi ki, kefi yuxarıdır, yollandı kluba. Körpüdәn keçәndә
gördü ki, yenә ahıllar yığışıb söyüdün altına. Hansı ki, hәmişә yığışırdılar.
Burda söhbәt futboldan başlayıb gedib çıxırdı siyasәtә. Belә söhbәtlәr dә
Nazimә lәzzәt elәmәzdi. Bir dәfә az qalmışdı yapışsın Politik Mirzәnin
yaxasından ki, ay kişi, dәllәksәn get dәllәkliyini elә, sәnin siyasәt ilә nә işin.
Gördü ki, Politik Mirzә yenә әl-qolunu ölçә-ölçә kimi isә asıb-kәsir.
İstәdi bir özünü versin ora, Mirzәni fitillәsin, sonra fikrindәn vaz keçdi.
Çatdı kluba. Haçansa bu klubun qapısına Nazim belә bir elan yazıb
vurmuşdu: “Bu klubda 1980-ci il Moskva olimpiadasına stolüstü oyunlar
üzrә idmançılar hazırlanır!”
Elan klub müdirinin xoşuna gәldiyindәn toxunmamış vә Nazimin
dolağını başa düşmәmişdi.
Dayandı elanın önündә. Oxudu, bir dә oxudu vә birdәn-birә ona elә
gәldi ki, kәndlәrindәn heç kәs ömrü boyu gedib olimpiya oyunlarına çıxa
bilmәyәcәk.