Page 534 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 534
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Dartıb elanı qopartdı.
...Hәmişәki kimi içәri tünlük idi. Mәktәbli uşaqlar Nazimi görәn tәki
sivişib aradan çıxdılar. Bilirdilәr, Nazim tutacaq qulaqlarından, deyәcәk ki,
a bala, gedin kitab oxuyun, elm öyrәnin, klubdan – özü dә belә klubdan sizә
xeyir gәlmәz. Xeyir gәlsәydi, Gövdә Elşәn çoxdan alim olmuşdu.
Nazimi çәkib oturtdular domino stoluna.
– Oynamaq istәmirәm!
– Bәlkә, pulun yoxdur?
Nazim әlini saldı cibinә, bayaq Vәlinin qoyduğu iyirmibeşliyi çıxarıb
çırpdı stolun üstünә.
Gövdә Elşәn:
– Boy! Ә, sәn sәdrin qızına elçi gedә bilәrsәn ki!
Yarım saat çәkmәdi ki, “sәdrin kürәkәni” iyirmibeşliyi dә, üstәlik
534 anasının toy üçün verdiyi on üç manatı da verdi fәlәyin badına, uduzdu.
Tay-tuşları bir-bir başladılar çıxmağa ki, toya getsinlәr. Nazim isә
pulları uduzmuşdu.
– Elşәn, mәnә on üç manat ver dә!
– Qәpik dә!
– Elşәn, sәn canın, iki-üç günә qaytaracağam. Elşәn getdi fikrә:
– Bir şәrtnәn!
– Şәrt nәdir, ә?
Elşәn cibindәn bir kağız çıxartdı.
– Bunu apar ver Hәsrәt müәllimә.
Hәsrәt müәllim kәnddә tәzә işlәyirdi. Әvvәllәr hәrdәn kluba da gәlәrdi –
şahmat oynamağa.
Sonralar gördü ki, burda “maraqlı” etmәk üçün nәrdin, dominonun
altına üçdәn-beşdәn qoyurlar. Bu da müәllimin xoşuna gәlmәmişdi. Kolxoz
iclasında istәmişdi durub danışsın, klubun müdiri dә iki nәfәrlә kәsmişdi
qabağını ki, müәllimsәn, get dәrsini de, maaşını al. Nazim dә bilirdi ki, bu
cılız müәllim kәndә gәlәndәn sәdr Әlişin qızı Әzizәnin oxumadığı sevgi-
mәhәbbәt kitabı qalmayıb. Әzizә dә o Әzizә idi ki, hәlә neçә il әvvәl Elşәn
onun adını yazmışdı qoluna. Nazim onu da bilirdi ki, Elşәn klub müdiri ilә
müәllimin qarşısını kәsәndәn sonra, necә deyәrlәr, ondan bir balaca silir.
Sonralar, lap sonralar öyrәndi ki, hәmin gecә o cılızca müәllim Elşәni
götürüb atıbmış çaya.
–Niyә özünüz vermirsiniz?
– Biznәn arası yoxdur. Sәnin xәtrini çox istәyir. Nazim kağızı alıb
baxdı: