Page 531 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 531
Aqil Abbas
Şәbәdә Nazim
Kәndin yuxarı başında toy vardı. Vә toyçular mağara 531
güclәndirici qoyduqlarından klarnetin sәsi kәndi götürmüşdü
başına.
Nazim adәti üzrә yenә oturmuşdu çayın kәnarındakı söyüdlәrin
kölgәsindә. Bakıdan alıb gәtirdiyi sambreronun (hansı ki, bizim
şlyapalardan bir az böyük) arxasını bir balaca qaldırmışdı. Özünün dediyi
kimi, getmişdi çorta.
Körpünün altında çay kiçik bir göl yaratmışdı, әgәr bunun adına göl
demәk olardısa. Nazim Bakıya gedib hәqiqi çimәrlik görәndәn sonra bu
kiçicik gölün adını qoymuşdu “plyaj”. Gölün bir tәrәfindә istidәn tәntimiş
camışlar sәrinlәnir, dәrin yerlәrindә isә uşaqlar çimirdilәr. Әvvәllәr Nazim
dә bu plyajda tumançaq o qәdәr çimmişdi! İndi suda oynaşan uşaqlara elә
hәsrәtlә baxırdı ki, utanmasaydı, soyunub özünü verәrdi suya! Bәh, bәh!
Nә sәrinlәrdi!
Nazimi axtaranlar bilirdi ki, bu vaxtlar o, söyüdün kölgәsindә olur vә
hәmin müddәtdә iki dәnә dә siqaret çәkir. Gözlәyir ki, Ülkәr qoltuğunda
xalat körpüdәn keçib gedәcәk o biri taydakı xәstәxanaya vә ondan sonra
Nazim tәnbәl-tәnbәl qalxıb ya gedәcәk poçta, ya da kluba vaxtını öldür-
mәyә.
Nazimin kәnddә bilmәdiyi işә qurd düşәrdi: kimin oğlu kimin qızı ilә
görüşür; kimin toyuğuna kim daş atır; sәdr kimdәn çәkinir; kim kimdәn
anonim yazır vә s.
Kәnddә hәrәyә bir lәqәb qoymuşdu: Qıyıqgöz Allahverdi, Çolpa Hüsü,
Lüt İbrahim... Vә bütün kәnd dә yığışıb ona bir ad qoymuşdu – Şәbәdә
Nazim!
İndi Şәbәdә Nazim oturmuşdu, uşaqlar sәs-küylә çimişirdi, camışlar
da sәrinlәyirdi.
Bax, o ağbaş müәllim Nazimә bir ölüvay üç yazsaydı, әli qurumazdı
ki?! Nә olsun ki, Nazim suallara yaxşı cavab vermәdi. Guya institutda
oxuyanların hamısı elm dәryasıdı? Odur ey, Hüseynqulunun oğlu Huşsuz
Bәşir, necә girib mәktәbә? Nazim o ağbaş müәllimi nә döyәrdi! Kәsdi onu,
qoymadı kosmonavt olsun. Әgәr axırıncı imtahandan bircә “üç” alsaydı,
mütlәq kosmonavt olacaqdı! Bәs Jolobov niyә oldu?!
Oturub pult arxasında, qarşısında kosmik cihazlar. Kosmik pәncәrәdәn
kosmosa baxır. Demәli, o, görünәn planet Yerdir. O planetin harasındasa
kiçicik bir kәnd var. Vә bu dәqiqә o kәnddә hamı futbola baxırmış kimi otu-
rub televizorun qarşısında, Nazimdәn danışırlar. Danışırlar ki, ayә, gör bizim