Page 532 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 532
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Mirzәnin (indi Mirzә hamının olub) oğlu hara gedib çıxıb, pah atonnan!
Guya Mirzәnin oğlu kosmonavt ola bilmәzmiş?

Yәqin ki, Ülkәrin atası haçansa Nazimi döydüyünә görә xәcalәt çәkir.
Nazim televizorla çıxış edir. Maraqlıdır, demәk, bu dәqiqә kәnd ona
baxır, amma o heç kәsi görmür. Qәzetlәr elә hey ondan yazır: Marsa uçan
ilk kosmonavt azәrbaycanlıdır. Heç kәsin bәyәnmәdiyi Nazimdir.
Marsa uçmağı Nazimә nәnәsi mәslәhәt görmüşdü. Demişdi ki, daha
amerikalılar aya uçub, bәsdi. Onların da ki, ayağı dәyәn yerdә xeyir-bәrәkәt
olmaz.
Rayonda hamı әl-ayağa düşüb. Qara “Volqa”lar düzülüb sıraya. Kәnd
elә bil Nazimin qoyub getdiyi tozlu-torpaqlı kәnd deyil. Nә yaxşı Nazim
kosmonavt oldu, yoxsa kәndә heç belә yol çәkәrdilәr?!
– Nә yaxşı ki...
– Ay bala, bala!
532 – ...
– Ay bala, sәnnәn deyilәm?
Nazim başını qaldırdı vә yandı töküldü. Naxırçı Hüseyn:
– Ayә, dur get evinizdә yat dana. Yoxsa gün sәni lap gic elәyәr.
– Әşi, get inәyini otar, rәhmәtliyin oğlu!
Sonra Nazim başını bulayıb gedәn Hüseynin arxasınca baxıb-baxıb:
– Sәnә elә yaxşı ad qoymuşam. Mәrdimazar Hüseyn!
– Nazim dayı!
Çevrildi, önündә ayaqyalın bir uşaq durmuşdu, qucağında da bir qutu
peçenye.
– Nәdir, ә?
Uşaq burnunu çәkә-çәkә peçenyenin birini dişlәdi:
– Qağam deyir, dükana mal gәlib, boşaltmaq lazımdır.
– Get denәn işim var, bu dәqiqә gәlirәm. Uşaq bir az aralanıb:
– Onsuz da Ülkәr xala bayaqdan gedib, sәn yatmışdın, – dedi vә
götürüldü.
Nazim әlinә keçәn kәsәyi uşağın arxasınca atıb qışqırdı:
– Dayan... – vә dodağının altda nә isә acı bir söz dedi.

***

Nazim malı tәzәcә daşıyıb qurtarmışdı ki, Vәli gәlib çıxdı vә Nazimi
çәkdi kәnara. Bu, o Vәli idi ki, kәnddә onun bacısının toyu çalınırdı. Nazim
bilirdi ki, bu dәqiqә Vәlinin әlindә imkan olsa, toyu darmadağın edәr. Nazim
onu da bilirdi ki, Gülbala (o Gülbala ki, Nazimә görә, gәrәk onun adını
   527   528   529   530   531   532   533   534   535   536   537