Page 511 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 511
Mÿmmÿd Oruc

– Qar havasıdı, – Knyaz dedi, – yağsa, Tayqanın qarını da görәrdin.
Mәn tәәccüblә soruşdum:
– Bәyәm bura Tayqadı?
Knyaz isә, deyәsәn, elә zәnn etdi ki, mәn onunla zarafat elәyirәm.
Amma, sәn demә, doğrudan, bu yerlәr Tayqa imiş. Bakıdan çıxanda mәnә
elә gәlirdi ki, Tayqada mütlәq maral sürülәri, xantı çobanları görәcәyәm,
yoluma yanıbalalı ayı çıxacaq… Amma hara çöndümsә mәnә, mәnim
xalqıma, millәtimә böyük maraq göstәrәn insanlarla qarşılaşdım. Moskvaya
uçmaq istәdiyimi Knyaza bildirәndә doluxsundu:
– Qadam, nә tez, – dedi, – axı sәn, deyәsәn, Baykalı da görmәk
istәyirdin. Könlündәn Tundra keçirdi.
– Qalsın gәlәn dәfәyә, – dedim, – deyәsәn, mәn bu yerlәrә çox gәlib-
gedәcәyәm…

511
   506   507   508   509   510   511   512   513   514   515   516