Page 509 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 509
mmÿd Oruc
düşәn Teyfur başqa bir “Mersedes”in sükanı arxasına keçdi. Göyәrtәdәki 509
uzunboğaz çәkmәlәr, balıqçı toru, çeşidli spininqlәr Teyfurun ovçuluğundan
xәbәr verirdi.
Qayıq sürәt götürüb körfәzdәn aralananda vә İrtışın lәpәli, dalğalı qoy-
nuna atılanda Xantı-Mansi, dağ yamacına sәrilmiş bir әlvan xalça kimi
diqqәtimi çәkdi. Qarşıdan gәlәn qayıqlardakı insanlar yaxınlığımızdan
keçәndә bizә әl elәyirdilәr, ehtiramlarını bildirirdilәr.
– Bu şәhәrdә hamı bir-birini tanıyır, – Teyfur dedi, – nә әhalisi var ki,
heç yüz min dә deyil.
İrtışın Oba qovuşduğu sulara yaxınlaşanda Teyfur motoru söndürdü:
– Ürәyinizdә arzu tutun, – dedi, – burda tutulan arzu çin olur…
…Vә mәn İrtışın Oba qovuşduğu yerdә, bu azman nәhrә baxa-baxa
ömrümün әn kәdәrli bir anını yaşadım, ürәyimdә tutmağa arzu tapmadım…
Hava soyuq idi. Qayığın termometrindәki şkala sıfır dәrәcәnin üstündә
titrәyirdi. Teyfur:
– Qızışmaq lazımdı, – dedi vә qayığın sükanını mәnә verdi.
Әlbәttә, bir gün qabaq ağlıma da gәlmәzdi ki, Ob çayında motorlu
qayıq sürәrәm.
Teyfur qayığın hansı küncündәnsә çıxartdığı butulkadan üç çapma
stәkana araq süzdü:
– Tut arağıdı, Qusardan göndәriblәr, – dedi vә hәrәmizә bir dilim dә
pendir kәsdi, – bunu da Qusardan yollayıblar, – dedi, – keçi pendiridi.
Mәnim duruxduğumu görәn Knyaz dillәndi:
– İçmәk burda hәyat tәrzidi, – dedi, – amma hamı ölçünü bilir.
Teyfur qayıqda mәnә bir kitab da bağışladı. Dünya şöhrәtli bestsellәr
yazıçı Robin Şarmanın ingilis dilindәn ruscaya çevrilmiş “Sәn ölәndә kim
ağlayacaq?” kitabını. Vә dedi ki, o, bu kitabın Azәrbaycanda çap olunmasını
istәyir. Qayıqdaca kitaba göz gәzdirәndә, mәnә elә gәldi ki, “İncil”i
vәrәqlәyirәm. İnsanda özünә inam, hәyata sevgi aşılayan bu kitaba Teyfurun
niyә bağlandığını tam kәsdirә bilmәdim, amma hiss elәdim ki, onun bu
yerlәrdә әn böyük arxası özünә inam duyğusudur.
“Şam”ın şәhәrin mәrkәzi kitabxanasında keçirilәn tәntәnәli
tәqdimatında da o, parlaq çıxış elәdi. “Şam”a ön söz yazmış Çingiz
Abdullayevdәn sitat gәtirәrәk kitabı xalqlar arasında sındırılmış körpülәrin
bәrpası kimi dәyәrlәndirdi.
“Şam”ın Azәrbaycan dilinә tәrcümәsindә mәndәn az zәhmәt
çәkmәmiş Knyaz Qoçaq isә öz çıxışına Vaqif Yusiflinin “Şam” kitabı
haqqında “25-ci qәzet”dә çap olunmuş resenziyasını cümlә-cümlә oxuyub,
cümlә-cümlә rus dilinә sinxron tәrcümә etmәklә başladı.