Page 510 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 510
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
“Şam”ın sponsoru Şahәmir Kәrimov öz çıxışında etiraf etdi ki, o, hәlә
dә kitabın müәllifi ilә şәxsәn tanış deyil. Amma bu xәbәr heyrәt yox,
alqışlara sәbәb oldu.
Mәşhur xantı şairi Andrey Tarxanov, Dmitri Mizqulin haqqında monoq-
rafiya yazmış filologiya elmlәri doktoru Aleksandr Semyanov, Yuqra
azәrbaycanlıları “Birlik” cәmiyyәtinin sәdri Valeh Adıgözәlbәyov bu әdәbi
hadisә ilә bağlı yaddaqalan, gurultulu alqışlarla qarşılanan çıxışlar etdilәr.
Yuqra muxtar dairәsinin müxtәlif şәhәrlәrindәn gәlmiş qәzetlәrin vә
telekanalların müxbirlәri isә әn solaxay sualı mәnә ünvanladılar:
– Rusiya Federasiyasında minlәrlә şair var. Dmitri Aleksandroviç
hansı mәziyyәti ilә seçilir ki, tәrcümә üçün onun yaradıcılığına müraciәt et-
misiniz?
Yәqin ki, Knyaz dәrhal işә qarışmasaydı, mәn bu sualın altından çıxa
510 bilmәzdim. O, bu sualın cavabına diplomatsayağı – o qәdәr uzaqdan başladı
ki, elә incә mәtlәblәrә toxundu ki, bu da ağzına qәdәr dolmuş zalın alqışları
ilә nәticәlәndi.
Dmitri Mizqulin özü dә sәrt bir sualla üzlәşdi:
– Sizin soyadınız tatar soyadıdır. Özünüz rus şairi. Bu necә olur?
Amma olduqca hazırcavab Dmitri Aleksandroviç bu sualı zarafata
saldı: hansı rusun keçmişini qurdalasan, axırı gedib Qızıl Ordaya çıxacaq.
Sәn demә, xantı şairәsi Mariya Voldinanın mәnә xüsusi rәğbәt
göstәrmәsi, dönә-dönә mәnimlә şәkil çәkdirmәsi, nә qәdәr qәribә olsa da,
atam Kazımın adı ilә bağlı imiş. Sәn demә, Tundrada xantıların yaşadığı әn
böyük әrazi Kazım adlanır. Xantı әdәbiyyatının banisi vә canlı klassiki Yere-
mey Aypin dә Kazım bölgәsindәndir. Yeri gәlmişkәn, tәqdimatdan öncә
knyazla Muxtar Dairә Qubernatorluğunda mötәbәr vәzifә tutan Y.Aypini dә
beş-on dәqiqәliyә ziyarәt etdik. Vaxtilә, yaşıdım olan Yeremeyin “Çay Yan-
var ayında” vә “Parisli qadın” hekayәlәrini Azәrbaycan dilinә tәrcümә
etmişdim vә o zaman Yeremey mәni Yuqraya dәvәt etmişdi.
Xudahafizlәşәndә soruşdu ki, Yuqrada nә qәdәr qalmaq fikrindәyәm?
Mәn hәlә dәqiq bir qәrara gәlmәdiyimi bildirdim.
Gülümsәdi.
– Bir yerdә otursaq, pis olmazdı, – dedi, – hәlә mәn içә bilirәm.
“Şam”ın hava qaraldıqda başa çatan tәqdimatından sonra şәhәrdә
yaşayan azәrbaycanlıların, demәk olar ki, hamısı bizi qonaq aparmaq
istәyirdilәr. Amma Dmitri Mizqulin yenә zarafatla hamını qabaqladı, – mәn
öz qonaqlarımı heç kimә etibar edә bilmәrәm, – dedi.
Göy üzünün buludları çәkilmiş, hava tamam soyumuşdu: