Page 515 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 515
iq Taüû

sirkә kimi orda saxlayır. Allah-taalanın işlәrinә qarışmaq dürüst deyil, ancaq 515
hәrdәn sözgәlişi soruşmaq istәyirsәn, İlahi, axı bu lirika eşşәk qәlbindә
nәlәrә sәbәb olur?! Hansı tәbәddülatlara? Әlbәttә, ağlamağa dәlalәt edәn
hıçqırtıları, anqırarkәn dә sәsindәki tenor çalarları, ola bilsin, ondandı.

Xanbala üçün dәmiryolunun o biri üzü bambaşqa bir dünya idi. İdarәlәr
orda daş-qaş kimi bәrq vururdular. Hә, yer altında kanalizasiyalarıyla qohum
olan idarәlәrin qom toplaşdığı yerә “rayon mәrkәzi” deyilir. Dәmiryolunun
bu üzündә – әhali, o üzündә – rәhbәrlәrdi. Burda, mәsәlәn, kartof-soğan,
orda – möhür-ştamp... İncidәnlәr o tayda, incidilәnlәr – bu. Әcәb atan әkә,
anan doğa – dünyada hәbәçidәn savayı, bir kәs sәndәn xәbәr tutmaya. Arvad
da alasan – dünyadan gizlin... Sakitcә gәtirib basırsan altına, zәhmәtsiz-
filansız başlayır uşaqların olmağa. Allaha qurban olum, mat qalmalı işdi:
sәn gecәlәri özün üçün kef çәkirsәn, bay, bir dә görürsәn bәbәlәr dal-dala
düzüldü. Ya da әcәb sәnin varlığından dәmiryolunun yalnız bu üzündә xәbәr
tutalar. Bu üzdә toy-yas, orda nikah-ölüm kağızları... Burda kişi sözü, orda
– etibarnamә. Tәbii şeylәr burda, sünilәr orda. Yәni tәbiәt burda, onun әksi
orda...

Xanbala rels üstündә hәmişә üzü kәnd sәmtinә oturar; istәr-istәmәz
arxası “rayon”a düşәr. O kimlәrә-nәlәrәsә nifrәtini dә hәmişә dal çevirmәklә
bildirir. Dal çevirmәk, deyir, acıq vermәyin qәdim, hәm dә heç vaxt
köhnәlmәyәn, sınanılmış dәdә-baba üsuludur. Qaldı mәnә – rels üstündә
üzü ona oturarkәn, arxam kәndә düşәr.

Lakin bu mәnim kәndә hörmәtsizliyim sayılmaz. Rayon mәrkәzinin
surәti gözlәrimdә xoşagәlmәz parıltılara sәbәb olur. Yalnız onun gözlәrinә
görsәnәn bu parıltıdan Xanbala bәzәn üşәnir, bәzәn qanı cuşa gәlir,
damarlarında samovar kimi pıqqapıq qaynayır. “Gedә bilәrsәn!” – elә bil o
hәmişәki adam deyil – mәnә göstәriş verir. Bir dәfә gözlәrimdә hәmin
parıltı, güzgüyә bәnzәr relsdә üstdәn aşağı telimi düzәldәrkәn, sanasan
qısaqapanma oldu, relsin hәndәsi ortasından burulğan kimi bir alov şәdd
elәyib göyә qalxdı. Xırçıltı vә fışıltılardan әt ürpәşirdi. Dümdüz, hәm dә
uzun vә nazik alov rels üzәrindә irәli-geri xeyli gedib-gәldi. Sönmәsi dә
qәfil oldu. Dedim bir ovcumla yoxlayım – rels qızmışdı.

Bığı-zadı çıxalı, ailәnin tәqaüd kağızlarına dair işlәri ona hәvalә
elәmişdilәr: oğlan hәm dә gedib rayon-şәhәr görәr. Kişilәşәr. Bir tәk şalvar
geymәklә deyil ki – qoy idarәlәrdә kimlәrlәsә savaşsın da. Çәnәlәşsin,
didişsin. Bizdәn olsa, deyirdilәr, mәhkәmәlәrә dә düşsün. O, ilk çağlarda
bu kağızları boynundan asılan daş yerindә bilәrdi. Lakin “sobes”dәki,
onların kәndinә baxan incә-mincә, hәrçәnd getdikcә dә kökәlәn qadına
   510   511   512   513   514   515   516   517   518   519   520