Page 514 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 514
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
işlәrlә mәşğuldu. Gündüzü evdә tapmayanlar ona “gecәquşu” tәxәllüsü
verib. Hәrçәnd onu axtaranlar elә dә çox deyil: ildә bir-iki nәfәr ola, ya ol-
maya. Dәmiryolçudur. Di yaxşı, kimdә şәxsi dәmiryolu var ki – xarab ola
da vә onu tәmirә çağıralar. Dәmiryolu mütәxәssisini kәndistan yerindә
kimdi itirib-axtaran.
“Zәhmәtkeş uşaqdır”, – amma onun haqqında xoş sözlәri bir-iki dәfә
öz qulağım çalıb.
“Biz guya müftәxoruq.”
“Sәndәn söhbәt getmir. Ancaq hәr adama da zәhmәtkeş demirlәr axı.”
Zәhmәtkeş yox, onda barı әmәkçi de. Qәzetlәrdә zәhmәtkeş çoxdan
әmәkçi kimi gedir.
“Hamı onun kimi olsaydı, kommunizm çoxdan qurulmuşdu.”
Hә, onun iş yeri ölkәnin harası ola – relslәrin arası... Stansiyadan
514 “proyezd”әcәn – dәhliz kimi uzun bir “kabinet”. Şpallar kabinet döşәmә-
lәrindәki parketi xatırladır. Hәrdәn dincini almaq üçün rels üstündә oturar.
Rels dә nә – bumbuz; sanki indicә buzxanadan çıxarılıb. Evini yıxan
radikuliti dә ondandı. Bu radikulit nokauta salırmış kimi, hәrdәn onu tirtap
yerә uzadır. Şalvarının dalında relslәrdәn qalma qaramtıl çarpaz xәtlәr
görәrsәn. O yeriyәndә xәtlәr oynaqlaşır, kәsişib-ayrılırlar. Deyir, cama-
şırxana timsallı evindә saf hava ceyran belinә minib; dәmiryolundasa dağ
başındakı kimi havanın әn tәmizi olur.
Külәklәr burda maneәsiz әsir. Külәk dolan ciyәri Xanbala yelkәnә
bәnzәdir. Külәklә şişәn ciyәrlәrlә stratosferә dә yüksәlmәk mümkündü. Hә,
Xanbala da bu cür, bu sayaq tәşbehlәr ölüsüdür. Bir vaxt sarımsaq tayları
üstündә düz Hәştәrxanacan getdiyi maşının brezentli kuzovunu cәhәnnәmә
bәnzәtmişdi. Hәlә indi dә yadına düşәndә sarımsaq iysi beyninә qıyıq kimi
sancılır. O, ağ göyәrçinә elә belә “göyәrçin” yox, “başımıza zıllayan sülh
göyәrçini” deyir. Gülә-gülә dә, bir-iki qarış hündür olmasaymış, deyir
cırtdana oxşayacaqmış. Әsas da liliputa. O özlüyündә özünә “ucaboy liliput”
adı qoyub. Bunu hәlә bir kәs bilmir dә. Onsuz kәndçilәri bir az kütdülәr –
bu cür bәnzәtmә yatıb yuxularına da girmәz. Onun bәnzәtmәlәri çox
lirikdilәr. Lirikaya qapılmayanları “ikiayaqlı” adlandırır. Onsuz da
anadangәlmә iki ayaqlı olan hәr kәs bunu üstünә “eşşәk” kimi götürür. Guya
eşşәk onlardan belә naqisdir? İnsafәn, Xanbala eşşәyin tәәssübünü hәr yerdә
vә hәmişә çәkib. Döyülәrsә – onun tәrәfindәdir. Vallah, eşşәklәr öz iç
dünyalarında lirikdilәr.
Lirik şairlәrdәn dә heç nә ilә fәrqlәnmәzlәr. Axtarsan, lirika onlarda
daha dәrin vә daha sәmimidir. İntәhası, eşşәk lirikanı içәri vurur vә çanaqda