Page 507 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 507
mmÿd Oruc

Mәn bu barәdә mәlumatlı olduğumu bildirәndә Knyaz razılıqla: 507
– Söhbәt abidәdәn getmir, – dedi, – bu, hәm dә Yuqra Muxtar dairәs-
indә yaşayan yüz minlәrlә azәrbaycanlıya diqqәtin tәcәssümüdür.
İrtış çayının Ob nәhrinә qarışdığı mәkandakı tәpәliklәrdә salınmış
Xantı-Mansi kәnardan mәnә Mingәçeviri xatırlatdı. Amma şәhәrә daxil
olanda elә bir nizamla rastlaşdım ki, mәnә elә gәldi, zümrüd tәpәliklәrdә
örnәk olaraq dünәnin, bu günün yox, sabahın – gәlәcәyin şәhәrini salıblar.
Fikrimi açıqlayanda Knyaz yenә dә iftixarla dillәndi:
– Qadam, bu binaların da çoxunu bizimkilәr tikib.
– Bizimkilәr? Yәni kim?
– Bizim iş adamları… tәdbirә gәlәcәklәr, yәqin ki…
Küçәdәn keçәn, harasa tәlәsәn adamlara nәzәr yetirirdim vә hiss
elәyirdim ki, әksәriyyәti bizimkilәrdi, aradabir yastı sifәtlәri, qıyıq gözlәri
ilә diqqәt çәkәn xantılar, mansılar da gözә dәyirdi.
Avropanın üç, beş ulduzlu hotellәrindәn әsla geri qalmayan “Yuqra”
hotelindә bizi Dmitri Mizqulin özü qarşıladı vә çox keçmәdi ki, yerli şairlәr,
yazıçılar da mәclisә toplaşdılar vә axşamdan xeyli keçәnәcәn sürәn ziyafәt,
әslindә poeziya gecәsinә çevrildi. Vә “Yuqra” hotelindә “Şam”ın qeyri-
rәsmi tәqdimatı başlandı.
Xalq yazıçısı Çingiz Abdullayevin, Әmәkdar incәsәnәt xadimi Sәya-
vuş Mәmmәdzadәnin avtoqraflı kitablarını Dimaya tәqdim edәndә isә tәsir-
lәndi, uzun bir nitqlә ürәyini boşaltdı vә mәlum oldu ki, cavanlığının bir
neçә ilini Azәrbaycanda yaşayan bu rus şairi çağdaş Azәrbaycan әdәbiy-
yatına kifayәt qәdәr bәlәddi vә onlarca Azәrbaycan yazıçısının yaradıcılığını
izlәyir.
Bu görüşә sonradan qatılan vә dәrhal da öz şuxluğu ilә mәclisi әlә
alan azәrbaycanlı iş adamı Teyfur Heybәtov isә söz verdi ki, sabah şәhәrin
mәrkәzi kitabxanasında “Şam”ın rәsmi tәqdimatı başlayana qәdәr mәni
Xantı-Mansi şәhәri ilә tanış edәcәk.
“Yuqra” hotelindә mәnә dә, Knyaza da ayrıca nömrә ayırmışdılar.
Amma Knyaz xahiş etdi ki, bir otaqda qalaq, mәnә deyilәsi bir kitablıq sözü
var.
Nә qәdәr yorğun olsam da, qәlbini sındırmadım. Onsuz da kövrәl-
mişdi. Bilirdim ki, beş ildir Azәrbaycana gәlmir. Bunun sәbәblәri dә,
tәxminәn, bir eloğlu kimi mәnә mәlum idi. Әlbәttә, tәxminәn. Kim kimin
ürәyindәn xәbәr tuta bilәr ki?
Әlbәttә, Knyazın maddi sıxıntısı yoxdur. İşgüzar olduğundan, Yuq-
ranın bütün qәzetlәri ilә әlaqә saxlayır, hamısından qonorar alır vә üstәlik
   502   503   504   505   506   507   508   509   510   511   512