Page 502 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 502
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
– Sağ olun, yoldaş Mahmudzadә.
– Bәs, bu xanım niyә belә gec әrә gedir?
– O da, mәnim kimi hamıdan tez әrә getmişdi, sonra әri avariya düşdü,
öldü.
Elә bil Mahmudzadә bu rayonda işlәdiyi illәrdә ilk dәfә idi ki, birinci
katib olduğunu unutmuşdu.
– Gedin o ZAQS-ın müdirin çağırın bura.
– Mәn burdayam, yoldaş Mahmudzadә, – әlli yaşlı, çesuça kostyum
geymiş kişi bir addım irәli çıxdı.
– Bunların kәbinini kәs, özü dә burda.
– Baş üstә, yoldaş Mahmudzadә.
Çesuça kostyum geymiş kişinin getmәyi ilә qoltuğunda qovluq geri
qayıtması bir oldu. Ştabın qırmızı pәrdә salınmış stolunun üstündә kәbin
kәsildi.
502 Mahmudzadә qırmızı stola yaxınlaşdı, Sabirin әlini sıxıb “tәbrik
eliyirәm” deyәn kimi, bütün partiya-tәsәrrüfat fәalları bir ağızdan dedilәr:
– Tәbrik eliyirik.
Sabir Fatmanı bu biabırçılıqdan xilas etmişdi, qalan heç nә haqqında
fikirlәşmirdi. İndi kim nә deyә bilәrdi ki? Kişinin oğlu öz halal-hümmәt
arvadıynan karuselә minib dә, burda nә var ki...
Maşına minәn kimi Fatma, içindә baş vermiş dağıdıcı zәlzәlәdәn sonra
özündә güc tapdı, nәm gözlәrini silә-silә pıçıldadı:
– Sabir...
– Hay can...
– Sabir, sәnә qurban olum...
– Yaxşı, yaxşı... indi vaxtım yoxdu, sonra qurban olarsan.
– Sabir...
– Yaxşı dә... gedirik bizә, bu gün işә mәnim evimdәn gedәssәn... ölәnә
qәdәr.
– Bәs camaat...
– Camaatnan bayaq qurtardıq dә... parkda... indi sәn mәnim arvadım-
san, әlimdә kağızım da var, orda ikimizin dә adı yazılıb...
– Nә yazılıb?
– Orda yazılıb ki, camaat otursun yerindә, Fatma Sabirin arvadıdı.
...Sabirin dediklәri çin çıxdı. Vaxt-vәdә ötәndәn sonra bir oğlu oldu
Fatmadan. Dayı, bacısı oğlundan iki yaş yarım kiçik idi – Sabirin ağzı fal
imiş...
İndi tez-tez bu parka gәlib üçlükdә karuselә minirdilәr, heç nәdәn, heç
kimdәn dә çәkinmirdilәr. Bu parka gәlib gәzәn qadınlar karuseli görәn kimi