Page 505 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 505
Mÿmmÿd Oruc
Üç gün tayqada
Sentyabrın son günlәrindә Surquta uçmağımın iki sәbәbi vardı: 505
Sibir şairi Dmitri Mizqulinin Bakıda, Azәrbaycan dilindә nәşr
olunmuş “Şam” kitabının yüz nüsxәsini kitabın sponsoru
Şahәmir Kәrimova çatdırmaq vә bu nәşrin Xantı Mansidә keçirilәcәk
tәqdimat mәrasimindә iştirak etmәk. Әlbәttә, içimdә son 50-60 ildә yüz
minlәrlә azәrbaycanlının mәskunlaşdığı bu diyarı görmәk, bu yerin insanları
ilә ünsiyyәt qurmaq vә nә isә yazmaq niyyәtim dә vardı. Amma uçuş
әrәfәsindә Dmitri Mizqulinin kömәkçisi Roman İvanoviç zәng vurub
bildirdi ki, Surqutda rus gömrükçülәri tirajı müsadirә edә bilәr, qanunla
Rusiya әrazisinә eyni kitabdan yalnız 10 nüsxә keçirmәyә icazә verilir.
Roman isә bildirdi ki, rus gömrükçüsünü kitabın mәğzi yox, qanun
maraqlandırır. Dәrhal çıxış yolu da göstәrdi: Surquta uçan hәmyerlilәriniz
Sizә kömәk edә bilәr.
Qәfildәn belә bir problemlә üzlәşmәyim ovqatımı korlasa da, “Şam”ın
on nüsxәsini dә әlavә götürdüm ki, Surquta uçanların arasında hәmyerlimiz
olsa, ağız açım. Amma mәlum oldu ki, hәmin gün – yәni sentyabrın 17-dә
Bakıdan Surquta uçanların hamısı azәrbaycanlılardı. Mәnә kömәk edәsi
insanı tәyyarәnin salonunda tapdım. Bu sarışın nәrmәnazik qadına
niyyәtimi bildirәndә, bәzilәrindәn fәrqli olaraq razılıq verdi. Dәrhal adını
da söylәdi:
– İlhamә!
Altısaatlıq uçuş zamanı da necә ola bilәr ki, yanaşı oturduğun insanla
bir-iki kәlmә kәsmәyәsәn?
Mәlum oldu ki, İlhamә xanım 18 il qabaq, 18 yaşında Qubadan
Surquta gәlin köçüb vә indi Surqutda üç qız böyüdür. Bakıya gәlmәkdә
mәqsәdi dә bu qızların böyüyünü – gimnastika ilә mәşğul olan vә artıq
müәyyәn uğurlar qazanan qızının taleyini Azәrbaycanla, Azәrbaycan
idmanıyla bağlamaq olub.
Onun on beş yaşlı qızını hansısa idman mәktәbinә minnәtsiz
götürmüşdülәr vә buna görә çox sevinirdi.
Mәn milliyyәtcә lәzgi idmançılarının Azәrbaycan idman alәmindә
uğurlarını vurğulayanda İlhamә xanım gülümsәdi:
– Mәn lәzgi deyilәm ha, – dedi, – kumıkam, sizin kimi türkәm.
Hava günәşli, sәma aydın olduğundan, tәyyarәnin aynasından yer üzü
hәrdәn ovuc içi kimi görünürdü. Üstündәn uçduğumuz nәhrin Ob çayı
olduğunu kәsdirәndә bildim ki, mәnzilbaşına az qalıb. Elә bu arada
Surqutda hava durumu da elan olundu: 4 dәrәcә.