Page 479 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 479
suz

Cәlil dedi: 479
– Uzağı bir hәftәyә, әgәr çox zәng elәsә, lap bir günә.
Tәbriz soruşdu:
– Bәs o, orada – qәbirdә ac-susuz nә qәdәr yaşaya bilәr?
Gündüz dedi:
– Zәlzәlә vaxtı daşın-torpağın altında iyirmi beş, otuz, lap qırx gün
qalanlar da olur... baxır dә... kim nә qәdәr davam gәtirir...
Sәnubәr xanım söhbәtә qoşuldu:
– Bu, qırx gün, hәlә bәlkә dә lap çox yaşayacaq... sağlamdı... Hәr sәhәr
on kilometr qaçırdı, hovuzda üzürdü... sәhhәtinә fikir verirdi...
Tәbriz arvadının üzünә baxdı:
– Demәli, saniyәölçәnin düymәsini basıb, әn azı, qırx gün gözlәmә-
liyik... sәksәkә içindә... Vay dәdәm, vay...
Cәlil bu dәfә lap bәrk acıqlandı:
– Sәn bu camaatın canına niyә qorxu salırsan?! Hәyatda risksiz heç
nә olmur! Bayaqdan maşın arzulayırdın!..
Tәbriz sәsini xırp kәsdi.
Gündüz telefonunun düymәsini yenә hirslә basıb dedi:
– Çağırır, amma açmır! Qurumsaq oğlu qurumsaq niyә belә elәyir?
Cәlil dedi:
– Hövsәlәli ol. Әvvәl-axır açacaq. Bәlkә, batareyası yatıb, yaxud әhatә
dairәsindәn kәnardadı?.. Tez-tez zәng elә. Nәzarәtsiz qoyma.
Gündüz ağzını açmaq istәyirdi ki, qapı aralandı, qulluqçu içәri girdi.
Büzüşә-büzüşә dedi:
– Sәnubәr xanım, sәhәrdәn dilinizә bir şey dәymәyib, ac-susuzsunuz.
Bәlkә, çaydan-çörәkdәn...
Sәnubәr xanım partladı:
– Sәn nә danışırsan, Fizzә? Mәnim evimin dirәyi yıxılıb! Boğazımdan
çörәk keçәr, çay keçәr? Nә qәdәr yalvardım-yaxardım, başıma-gözümә döy-
düm, qoymadılar heç olmasa, üçcә gün yanımda qala. Apardılar atdılar
qәbiristanlığa. Dedim, o qәdәr tok, ildırım vuran olur ki, üç-beş gündәn
sonra özünә gәlir, ayılır. Sözümә qulaq asan olmadı... Ağzın yansın, qara
yer, o cür adamı necә uddun?
Fizzә bu sözlәrdәn sonra özünü saxlaya bilmәyib, hönkür-hönkür
ağladı.
Sәnubәr xanım sәsinin tonunu aşağı saldı:
– Ağlama, Fizzә, ağlama. Bu, göz yaşı ilә sağalan yara deyil. Get
evinә, dincәl, istirahәt elә... Qabaqdan üç gәlir – işimiz çox olacaq...
   474   475   476   477   478   479   480   481   482   483   484