Page 475 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 475
suz
Tәbriz ümumi әhvali-ruhiyyәyә uyğun tәrzdә dedi: 475
– Ay mә, Әmir Teymurun qәbrini açan kimi, müharibә başlayıb. İndi...
Sәnubәr xanım onun sözünü kәsdi:
– Әşi, o, Әmir Teymurdu, bu...
Tәbriz imkan vermәdi ki, Sәnubәr xanım fikrini tamamlasın:
– Nә fәrqi var, ay mә, ya әmir, ya biznesmen, Teymur Teymurdur...Val-
lah, xatası çıxar...
Birdәn Teymurla Sәnubәr xanımın yeganә övladı Afәt balaca
cuppuşunu – Sevanı (әsl adı Sevda idi) bağrına basıb hıçqırdı:
– Ay mә, sәn gördün ki, Seva babasının tabutunu qucaqlayıb necә
ağlayırdı. İndi bilsә ki, o dirilib, psixikası elә korlanar, nә hәkim, nә dә dava-
dәrman kömәk edәr, hamımız bәdbәxt olarıq. – Sonra әlavә elәdi: – Elә belә
götürәndә, yazıq uşağa bir babalıq da elәmәyib...
Cәlil mızıldandı:
– Kimә nә elәyib ki, ona da nә elәsin?
Afәt doluxsundu:
– Ad günündә Allahın bir oyuncağını da almadı...
– Sәnubәr xanım hikkәsindәn az qaldı boğulsun:
– Simic idi... çox simic idi... Üç-beş qәpiyin dә söz-söhbәtini elәyirdi
mәnimlә: kartofu niyә baha almısan, soğan neçәyәdi?... Çolaq Mәmişin
arvadı, ördәk kimi, Finlandiyanın bu gölündәn vurub, o biri gölündәn çıxır...
Biz dә ömrümüzdә bir dәfә İrana getdik, onda da başı-gözü bağlı... Buna
deyiblәr: isinmәdik istisinә, kor olduq tüstüsünә. Nә istәyirsәn? Ölmüsәn,
öl dә... Yenә evdә ayılsaydı, deyәrdik kәfәni yırtdı... İndi nә deyәk? Deyәk,
qәbri yırtdı?..
Afәt kövrәldi:
– Ay mә, heç kәsin başına gәlmәyәn iş gәrәk elә bizim başımıza
gәlәydi?
Tәbriz filosofcasına görkәm alıb, arvadının üzünә baxdı:
– Bilmәk olmaz, bәlkә, başqalarının da başına gәlib. Amma ört-basdır
ediblәr...
Sәnubәr xanım dinmәdi.
Cәlil tәrәddüd etsә dә, hamının susduğunu görüb, cәsarәtә gәldi vә
dedi:
– Deyәsәn, ümumi rәy belәdir ki, qәbir açılmasın... Mәn düzmü nәticә
çıxarmışam?
Heç kәsdәn sәs çıxmadı.
Cәlil boğazını arıtladı:
– Aydındı. Amma bu, çox... çox riskli işdi... Yaxşı-yaxşı fikirlәşin, yüz
ölçüb, bir biçin...