Page 474 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 474
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Teymur...

Sәnubәr xanım maraqla:

– Hansı Teymur? – dedi.

– Bizim Teymur...

– Sәn nә danışırsan? Teymuru indicә dәfn elәyib gәlmirsәn?

– Görünür, torpaq bәdәnindәn toku götürüb... Ayılıb...

– Bәs sәnin telefonun onda nә gәzir?

– Yәqin, meyiti qәbirә sallayanda, döş cibimdәn sürüşüb düşüb...

Elә bu vaxt Sәnubәr xanımın mobil telefonuna zәng gәldi. Cәlilin

gözlәri hәdәqәsindәn çıxdı:

– Odur!

Sәnubәr xanım qeyri-ixtiyari qışqırdı:

– Açma!.. Açma!..

474 Telefon bir müddәt zәng çalandan sonra susdu. Sәnubәr xanım yenә
qeyri-ixtiyari qışqırdı:

– Söndür, görәk nә edirik?

Cәlil telefonu söndürdü. Sonra yavaş sәslә dedi:

– Onda, hamı telefonunu söndürsün... Amma...

Sәnubәr xanım vahimә içindә soruşdu:

– Nә amma?

– Deyәk ki, biz söndürdük. Bәs o? O ki, zәng elәyәcәk... qohum-

әqrәbaya, dost-tanışa, işçilәrinә...

Sәnubәr xanım toxtaq sәslә dedi:

– Heç kimin nömrәsini әzbәr bilmir... Amma indi kimsә sәnә zәng

elәyә bilәr...

Cәlilin qaşları azca yuxarı dartıldı:

– Nömrәni bu gün tezdәn almışam... hәlә heç kimә dә vermәmişәm,

– dedi.

Sәnubәr xanım bir-bir hamının üzünә baxandan sonra yavaşdan

mızıldandı:

– Cәlil düz deyir: hәlәlik, telefonlarınızı söndürün, görәk, bu nә işdi

başımıza gәlir... Küçәdә-bacada, toyda-yasda mәni görәn kimi hamı, bir-

birindәn soruşacaq: bu, o xortdamış kişinin arvadıdı? Nә dükan, nә parik-

maxer, hamısı getdi işinә – daha mәn evdәn eşiyә çıxa bilmәrәm...

Cәlil qaşqabağını tökdü:

– İşimiz varmış... Gәl, indi qәbir sök... Rüsvay olacağıq...

Bayaqdan bәri lal-dinmәz dayanan Gündüz, axır ki, dillәndi:

– Elә bu qalmışdı ki, qonşu kәndlәr adımızı “Xortdamışlar” qoysun-

lar...
   469   470   471   472   473   474   475   476   477   478   479