Page 469 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 469
a Oüuz

pencәyinin boynundan tutub pillәkәnlәri düşürtdü. Afa qapını açıb, 469
ayaqyalın onların dalınca cumdu. Uşaqlar qapının ağzında mәlәşdilәr. Afa
qayıdıb köynәkcәk uşaqları qoltuğuna vurub, pillәkәn aşağı sәkdi. Qonşular
hәyәtdәn maşın qapılarının sәsini, Pәrvizin nәsә dediyini eşitdilәr.

– Yekә adamlarsız, onu niyә itәlәyirsiniz? – deyәn Afanın sәsi avazıyan
sәhәrin sükutunda qәribә әzәmәtlә sәslәndi.

Maşının qapıları örtüldü vә motorun sәsi uşaq ağlaşmasına, “mәni
aparmasanız, özümü maşının altına atacam” deyәn Afanın çığırtısına qarışdı.

– Çıx get! Sәnnәn işim yoxdu, dedim sәnә!
– Mәni aparmasanız, uşaqları tәkәrin altına atacam! – Afa dişi canavar
tәki әngini qıcadı. Әllәrini açıb maşının üstünә sәrildi.
– Bu küçüklәri hara aparırsan bәs?
– Qoy sәnin bacın onlardan bircәciyini doğsun...
Yenә maşının qapıları açıldı. Uşaqların sәsini, Afanın diş qıcırtısını,
kişilәrin donqultusunu içinә alıb, evin başından dönüb uzaqlaşdı. Üzü bazara
açılan ağ sәhәrin şirin yuxusu qonşuların gözünü tutdu. Neçә gündü yuxu
görmәyәn qonşu gәlin dә yuxuya getdi. Lakin röyada Afanı gördü. Gördü
ki, Afa hәyәtin ortasında çıl-çılpaq uzanıb. Üstünә dә qara-qara milçәklәr
daranıb. Arvadlı-kişili bir dәstә adam onun dövrәsindә durub baxır, baxırlar.
Afa isә әlini tәrpәdib heç milçәyini dә qovlamır. “Milçәk sәni dağıtdı ki”,
– deyә, gәlin ha çağırdısa, Afadan sәs gәlmәdi. Gәlin yaxına gәlib gördü ki,
Afa çoxdan ölüb. Üzünә baxanda gördü ki, bu, özüdü. Uzanıb dinmәz-
söylәmәz baxan kişilәrin, arvadların ortalığında. Üstündә dә bircә dәnә qara
milçәk gәzib-gәzib o yana uçur, bu yana uçur. Ha istәdi әlini qaldırıb,
milçәyini qovlasın, qolu qalxmadı. Әtrafındakılara: “Vaxtında milçәyinizi
qovlayın!” desin, heyi çatmadı.
   464   465   466   467   468   469   470   471   472   473   474