Page 465 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 465
a Oüuz
hәyәtindәcә öldürtdürәcәyәm. Deyirәm, dünya dәrәbәyilikdi elә. Gücnәn 465
mәn Pәrvizin yanına gәlirәm? Dedi, vallah, ikinizi dә qoduqluğa basacam.
Afa yaylığı gözlәrinә basıb, qәrib-qәrib hönkürdü. Gәlin çiyinlәrinә
dağ çökmüş kimi oturub, onu ovutmağa çalışdı.
Afa:
– Dәymә, – dedi. – Qoy ağlayım, yoxsa boğuluram. Arvadı da üzünә
salıb oturur. Getmir ki, getmir. İnsan nә qәdәr düşük olarmış?!
– Uşaqları var? – gәlin soruşdu.
– Yox, dedi Afa, – o, mәndәn yaxşı adamdı. İstәmәdiyi adama yaxın
düşmәz. Mәndәn ayırmaq üçün qohumlarına evlәndiriblәr.
– Nә işlәyir?
– Heç nә. Atasının yanında qәssab.
– Müşkül mәsәlәdi, gәlin ayağa durdu, – fikir elәmә, axırı xeyir olar,
– deyib, qapıya sarı getdi.
Axşamtәrәfi Afanın sevinc fәryadlarından, quştәk qaqqıldamasından
gәlin bildi ki, Pәrviz qayıdıb. Gәlin vanna otağında yır-yığış edәndә su, qaz
kәmәrlәri keçәn şaxtadan Pәrvizin sәsini eşitdi. O, Afaya nә dedisә, gәlin
öz-özünә ev tikәnlәri yamanladı. Mәtbәxә keçib dәrin fikrә qәrq oldu.
Pәrvizin dediklәrini gәlinә özgә adam danışsaydı, ürәyi bulanardı. Uzaqbaşı,
inanmazdı. Ancaq öz qulağıyla eşidәndә heyrәtlәndi. Belә sözlәrin bu qәdәr
mәhәbbәt, bağlılıq ifadә edәcәyinә tәәccüblәndi. İndiyә qәdәr hiss etmәdiyi,
ağlına belә gәlmәdiyi nәvaziş girdabının, hәsrәt uçurumunun olduğunu
anladı. Sanki onun qarşısında birdәn-birә daim qaynayıb-qarışan, haldan-
hala düşәn ilkin yer kürәsi kimi bir dünya açılmışdı vә bu dünya önündәn
o, heyranlıq, qorxu, bir az da hәsәdlә geri çәkilmişdi.
Hәmin gecә Afanın qapısının çırpılmasından blokun yarısı sәksәnib
yuxudan ayılmışdı. Pәdәrvayı kişi Afanın qapısının ağzında bar-bar
bağırırdı.
– Adә, sәn yenә bunun yanına gәldin? Adә, sәn nә görmәmiş adamsan?
Biz dә bundan görmüşük. Ta bu cür yox da...
– Ağa, elә elәmә ki, üzünә qayıdım. – Pәrvizin sәsi titrәdi.
– Adә, qayıtmaq da-a necә olur? Yoxsa bayıra basacaqsan mәni?
– Ağa, vallah, bu saat baltanı götürüb kәsәrәm barmaqlarımı, ataram
qabağına!
– Ağәz, demәdim açıl bunun yaxasından?..
– Mәnnәn danış, ağa!
– Düş qabağıma, mürtәd oğlu, mürtәd... Arvadı küncdә qoyub, hörә
gedir mәәmçün.