Page 467 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 467
a Oüuz

sürtünә navalçaya dırmaşdığı eşidildi. Bir mәrtәbә boyu çıxmamış 467
navalçaqarışıq gurultuyla yerә gәldi. Hansı eyvandasa deyindilәr. Yenә
blokda Pәrvizin tövşüyü eşidildi. Qapının ağzına çatıb, – Pişik! – dedi. –
Pişik, mәni eşidirsәn? Sәsini çıxart, Pişik! De görüm, içәridә adam var? –
nәfәsini udub qulaq asdı. Heç nә eşitmәyib, bilә-bilә ölümә gedәn adam
tәki tәmkin vә kәdәr dolu sәslә bir dә çağırdı.

– Pişik, sәsini çıxart, qorxma! Mәni istәyirsәn, Pişik? Mәni istәyir-
sәnsә, sәsini çıxart! Qorxma, sәni özümlә aparacam! – bir müddәt lal-
dinmәz qapının qabağında әllәri sallana, kürәklәri әyilә qaldı. Qayıdıb daş
kimi asılmış ayaqlarını ata-ata pillәkәnlәri düşdü. Qonşular uzun müddәt
yuxuya gedәmmәdilәr. Hәrә ağlından bir şey keçirdi. Ayrı vaxt olsaydı,
durub acıqlanardılar. Lap qovardılar gecәnin bu vaxtı alәmi başına götürmüş
adamı. Bu gecә isә heç kәs dinmәdi. Tәzәcә gözlәrinә yuxu gәlirdi ki,
Pәrvizin yenә sәsi gәldi. Qapıya çatıb: – Afa, – dedi. Sәsi boğazına bıçaq
dәymiş mal sәsi kimi xırıldadı. – Bax, gedib havamı alıb, hirsimi soyudub
gәlmişәm. Qorxma, heç nә eliyәn döyülәm sәnә. Zornan adam özünü
istәdәmmәz. Mәn sәni mәcbur elәmirәm. Aç qapını! Anamın ölmüşü haqqı,
köynәyimi götürüb gedәcәm. Sәnә çırtma da dәymәyәcәk. Aç! – bilmәk ol-
murdu ağlayırdımı, yoxsa boğulurdumu?

– Köynәyimi geyib, çıxıb gedәcәm!
Qonşular bir müddәt onun qurdalanmasını, boğuq-boğuq nәfәs
almasını eşitdilәr. Bir azdan pillәkәnin mәhәccәrinә toxuna-toxuna çıxıb
getdi.
Sabahı günorta radәlәrindә gәlingilin qapısı döyüldü. Gәlin qapını açıb,
Afanı dipdiri, sapsağlam qabağında görәndә özünü itirdi.
Afa:
– Sәn bilmirsәn, mәnim telefonumun mәftillәrini kim qırıb? – deyә
soruşdu.
Gәlin özünә gәlib, ağzını açmağa macal tapmamış gördü ki, Pәrviz
Afagildәn әlindә zәnbil çıxıb, günah işlәmiş uşaqlar tәki divara qısıla-qısıla
sivişib aşağı düşdü. Pillәkәnin altında görünmәz olan kimi Afaya: – Tez ol,
gәl! – dedi. Gәlinin matı-qutu qurudu. Afanın üzünә döyükә-döyükә qaldı.
Afa gәlinin cavabını gözlәyәmmәyib, – sәn Allah, görürsәn, bir gün evdәn
çıxan kimi, telefonumu qırım-qırım elәyiblәr. Belә dә müsibәt olar? – deyә-
deyә aşağı düşdü.
Sәhәri yenә Afa zәngi basıb gәlingilә gәldi.
– Sәn demә, Pәrviz imiş mәftillәri qıran. Pillәkәndә boynuna aldı ki,
gәldim gördüm yoxsan, acığımdan telefonu qırıb getdim, – deyә güldü.
   462   463   464   465   466   467   468   469   470   471   472