Page 471 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 471
Dilsuz
Mobil telefon
Sәnubәr xanım mobil telefonunun ekranına baxan kimi, zәng 471
edәnin kim olduğunu bildi: Tәranә idi, baldızı. Könülsüz-könül-
süz yaşıl düymәni basdı:
– Eşidirәm... Hә... mәnәm... Sәsim dәyişib?... Dәyişәr dә... Bu boyda
müsibәtdәn sonra... Necә nә olub? Xәbәrin yoxdu? Qardaşın rәhmәtә
gedib... Cәlil yox, Teymur... Hә dә, böyük dura-dura, kiçik... Ölüm yaşa
baxmır ki... Bu sәhәr, tezdәn... sәn hardasan? Dubayda? Belә de... Qәlәndәr
dә gözümә dәymәdi... Nә? Pis eşidirsәn? Deyirәm әrin – Qәlәndәr,
Qәlәndәr... gözümә dәymәdi... O da Dubaydadı? Ay maşallah... Necә
olub?... Az, heç nә, sәki mәn bәxtәvәr olmamış hazırlaşırdım ki, bir-iki
mağazaya dәyim, ordan da parikmaxerә gedim, o da qonaq otağında çay
içә-içә kasetә baxırdı...
Sәnubәr xanım birdәn sәsinin tonunu dәyişdi:
– Bilirsәn dә, qardaşın hansı kasetlәrә baxırdı... Bilirsәn, yaxşı
bilirsәn... Mәnim ağzımı açdırma... Özünә tәzә katibә götürmüşdü...
Köhnәni? Köhnәni çıxartmışdı. Nәyә görә? Nә bilim, guya, çox tıxıb,
kökәlib – otuz qram. Yaxşı dә, olmasın otuz qram, olsun üç yüz qram, on
dәfә çox. Axır ki, konfiqurasiyası pozulubmuş – standarta uyğun
gәlmirmiş... Tәzә gözәlçәsinincә güdazına getdi, özünü dә bәdbәxt elәdi,
bizi dә... Nә bilim, nә axtarırmış kasetdә, günortaya... Elә baxdığı yerdә
televizor birdәn xarab olub, kişinin oğlunun hövsәlәsi çatmayıb usta
çağırmağa... Şnuru qurdalayanda tok vurub... Hә, elә indi dәfn elәyib
gәliblәr... Kimlәr? Cәlil – qardaşın, Gündüz – o kәnddәn olan qohumunuz,
Kamil – sәn tanıyarsan – uşaqlıq dostu, Tәbriz – kürәkәnimiz, bir dә qonum-
qonşu... Siz, yәqin ki, üçünә gәlәrsiniz... Yox? Yeddisi gәlәn ayın 5-dә ola-
caq. Ona da gәlә bilmәyәcәksiniz? Ta mәnim başım şişib, qırxı nә vaxta
düşür, özün hesabla... İmkanın olar, gәlәrsәn... İstehza ilә niyә danışıram?
Qardaş sәnindi... Gәlirsәn gәl, gәlmirsәn gәlmә... Nә? Başa düşmәdim...
Şirkәtin müәssisәlәrindәn üçü sәnindir? Teymur bu barәdә mәnә heç nә
demәyib... Müqavilәn var? Necә yәni qardaşla bacı arasında nә müqavilә?
Az, sәn hansı zәmanәdә yaşayırsan? Qulaq as, qışqırma, mәn sәnә heç nә
verәn deyilәm! Artıq Teymur yoxdur, başa düşürsәn? Mәn dul qadınam,
öhdәmdә dә bir çәtәn külfәt. Necә? Bir qızım var? Bәs, nәvәm, kürәkәnim?
Onları saymırsan? Sәn Allah, mәndәn әl çәk, qoy yasımı yola verim...
Sәnubәr xanım qırmızı düymәni hirslә basdı: