Page 461 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 461
a Oüuz
Qırmızısaç arvad onların qalmaqalını kәsib: 461
– Niyә balam, pis qız idi? Anası işdә olardı, o isә körpә-körpә qardaş-
larına baxardı, – dedi. Sonra köksünü ötürüb, – indi öz uşaqlarını da atıb, –
deyә tutuldu.
– Ağәz, doğrudan a-a.., bunun uşaqları hanı? Çoxdandı yoxa çıxıblar?..
– kök arvad canlandı.
Saçı qırmızı arvad qәmli-qәmli:
– Harda olasıdılar? İnternatda. Atalı-analı yetimdilәr, – dedi.
Utancaq gәlin:
– Mәnim heç xәbәrim yoxdu. Uşaqları da varmış? – deyә maraqlandı.
– Bәs nә? Bәxtәvәrin iki uşağı var. Özü dә oğul... Allah bilmir kimә
nә verir. Qurban olum kәramәtinә, ey Tanrı... – deyib kök arvad saat
kәfkiritәk yırğalandı. – E-e-e-yh – elәyib köksünü ötürdü.
Arvadların arasına sükut çökdü. Heç kәs uşaq arzusu ilә qocalan kök
arvada ürәklәrindәki “Allaha asi olma” sözünü deyәmmәdi. Utancaq gәlin
sükutu pozdu. Yavaşca qırmızısaç arvaddan soruşdu:
– Bәs nә әcәb atasına vermәyib?
– Әşşi, atası әyyaşın biridi, – qırmızısaç arvad әlini yellәdi.
Әyriburun arvad:
– Olmayıb neylәsin? Belә arvadın әlindәn içkiyә dә qurşanarsan, bәd
әmәlә dә, – dedi.
Kök arvad sözә qarışdı:
– Hәrdәn gәlib, bir dava qayırıb gedir.
Әyriburun arvad üz-gözünü büzüşdürdü:
– Arsızdı da-a... onun nәyiynәn dava eliyirsәn? Nәyәәә lazımdı o da-a,
deyәn gәrәk.
Qırmızısaç arvad etiraz elәdi:
– Әşşi, o köhnәnin davakarıydı. Afa qırxlı gәlindi, döymürdü?
Әyriburun arvad:
– Döymәsin, bacı? Yadından çıxıb, nә üstә döyürdü köhnә mәhlәdә?
Hәyәtin ortasında basmarlayıb ona nәlәr demirdi? Gәzmәyin üstә döyürdü,
da-a, – dedi.
Qırmızısaç arvad:
– Ay Suğra, nә vaxt gördünüz onu bir yerә gedәn, o vaxtlar? Bu adam
işә getmirdi, dükana-bazara getmirdi. Körpә-körpә uşaqları, qardaşları da
bir yandan. Gecә-gündüz o hәyәtin içindә deyildi? Gözümüzün qabağında
deyildi? Әsgi yumaqda, xörәk bişirmәkdә. Başını daramağa macal tapmırdı
bu adam.