Page 456 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 456
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
tay-tuşlarının arasında.
Arabaçı qoca kişi idi. Elә bu arıq atlarıyla, yağsız arabasıyla beş il idi,
kәndlәrin çörәk payını daşıyırdı:
– Niyә belә danışırsan, – dedi, – oğlum? Quruca nәfәsiniz bәsimizdi.
Kaş elә mәnim oğlum da belә gәlәydi, amma gәlәydi. Qız-gәlinin birçәyinin
biri ağ oldu, biri qara. Arvad-uşaq qollarını kösöv elәdilәr. Çalışdılar,
dedilәr, yeriniz boş qalmasın. İndi sәnin belә danışmağın heç kәsә xoş
gәlmәz. Oğlun yekәlib, maşallah. Niyә elә deyirsәn? Başı uca olacaq tay-
tuşlarının yanında.
Cәfәr müәllim heç nә demәdi. Yerindә qurdalandı, ayaqları dizdәn
aşağı yox idi. Otun içindә tәrpәnәndә arabaçının ürәyi sәksәkәlәndi, sarı
kürәnә bir qamçı çәkdi. Cәfәr müәllim taxta ayaqlarını çıxardıb yanına
qoymuşdu. Arabaçı birinci dәfә idi ki, taxtadan ayaq görürdü.
456 Mәdәt yenә quzuları yamacda qoyub arabanın qabağı ilә kәndә sarı
qaçırdı. Tapdıq kәndә çathaçatda idi. Yenә bütün evlәrin qapısı açıldı.
Gәlinlәr gәlinliyini, qızlar gözaltılarını unutdular. Tapdığın qabağına
qaçdılar. Yenә nәfәslәri tәngiyә-tәngiyә deyirdilәr: “Ölüm, ay qardaş,
uğrunda ölüm”. Tapdıq nazik, cır sәsi ilә qışqırdı:
– Cәfәr müәllim gәldi, Cәfәr müәllim gәldi.
Elә bu sәsi, bu sözü Tapdığın ağzından aldılar, bir andaca muştuluq
gәlinlәrin, qızların, uşaqların sәsi ilә yastananı aşdı, Cәfәr müәllimgilin
qapısına endi.
“Cәfәr müәllim gәldi”.
Cәfәr müәllimin anası yataqda idi. Bir il idi ayağa durmurdu.
Yanına gәlәn arvadlara da deyirdi:
– Elә Cәfәricә gözlәyirәm, yoxsa çoxdan tapşırmışdım canımı. Quruca
nәfәsim qalıb, qoy gәlsin, nәfәsim nәfәsinә dәysin.
İndi qapılar birdәn-birә açıldı. Cәfәrin arvadı dördyaşlı qızını yerә
qoydu. Başıaçıq, ayaqyalın qapıdan çıxdı. Uşaq ağlaya-ağlaya qaldı, tükü
ütülmüş pişik uşağın ağladığını görüb ocaq yerindәn çıxdı, yumşaq
addımlarıyla gәldi, uşağın yanında xumarlandı. Quyruğunu onun üzünә
sürtdü, uşaq sәsini kәsdi.
Qarı yataqdan dikәldi. Bayıra baxdı. Birdәn-birә pәncәrәnin işığı
gurlaşmışdı. Qonşuların hәyәti apaydın görünürdü. Nә müddәt idi qarının
gözlәri tor görürdü. Birdәn-birә elә bil toru kәsib atmışdılar. Qarı Cәfәri elә
bu cür gözlәyirdi, bu cür dә gәldi. Bir il idi әldә gәzdirirdilәr. İndi asanlıqla
qalxdı. Qomrovlu sandığının ağzını açdı, koftasını geyindi, dingәsini qoydu,
baftasını çәkdi, çәkәlәyini ayağına alıb eşiyә çıxdı. Hasarın dibinә qәdәr
gәldi, qızlar, gәlinlәr qarını ayaq üstә görәn kimi tәzәdәn kövrәldilәr.