Page 451 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 451
Mþvlud Söleymanlû

Payız muştuluqları

Kәndin bütün itlәri Tapdığı tanıyırdı. Ona görә dә Tapdıq bütün 451
evlәrә ev yiyәsi kimi gedirdi. Kәndin poçtalyonu idi. Qabaqlar
adına Әyri Tapdıq deyәrdilәr. Dava başlayandan sonra elәcә
Tapdıq dedilәr. Bir arıq atı var idi. Gün yerindәn oynayanda minib qonşu
kәndә poçta gedirdi. Kimi xeyirliyә çağırsaydı, düz qapılarına gedәrdi.
Xeyir olmasaydı, uzaqdan-uzağa sәslәyәrdi:
– Ay Yasәmәn, Ay Hürü, ay Bәsti...
Evdәn-evә xәbәr yayılardı ki, Tapdıq filankәslәri çağırırdı, özü dә
xeyirә deyildi.
1946-cı ilin aydın bir payız sәhәri açılmışdı. İl bәrәkәtli gәlmişdi,
torpağın dırnağının gözünә kimi var-dövlәt idi. Uşaqların irzindәn-
rәngindәn bilinirdi ki, evlәrdә buğda çörәyi bişir. Vaxtlı-vaxtında bacalar
tüstülәnirdi.
Bәyalı kişinin sazı köynәyindәn çıxmışdı. Uşaqlar sevinә bilirdilәr.
Amma hәlә dә anlaya bilmirdilәr ki, dava nә olan şeydi. Nәnәlәr ağlayanda
qız nәvәlәri dә ağlayırdı, oğlanlarsa burunlarını çәkirdilәr.
Elә hәmin payız sәhәrinin birindә Tapdıq şofer Vәlinin qapısını döydü.
İçәri keçdi. Şofer Vәlinin arvadı ocaq qalayırdı. Od düşmәmiş ocağın
tüstüsündәn gözlәri yaşarmışdı. Qapı açılan kimi başını qaldırdı, yaşarmış
gözlәri ilә qapıya baxdı. Tapdığı görәn kimi gülümsәdi, bildi ki, xeyirdi,
dedi:
– Vәli inәyi naxıra aparıb, indi gәlәr, otur. Köynәyini niyә gәtirmәdin
suya çәkәydim, ay Tapdıq, bu nә üst-başdı, belә?
Tapdığın çiyinlәri ağırlaşdı. Cavab verә bilmәdi, elә onu dedi ki, Vәliyә
de, sәdr çağırır.
Ocaq odlanmışdı. Tәzәyin yanıq iyi evi götürmüşdü. Tapdıq tez-tez
fikrindәn keçirәrdi, fikirlәşәrdi ki, evlәnәrәm, şofer Vәlinin evi kimi bir ev
tikdirәrәm. Deyәrlәr: o tüstü çıxan da Tapdığın evidi, hәmişә dә bunları
fikirlәşәndә şofer Vәlinin ocağının iyini xatırlayırdı.
Qapıdan çıxdı, bir az aralanmışdı ki:
– Tapdıq әmi, – deyә çağırdılar.
Geri qanrıldı. Şofer Vәlinin balaca qızı gözlәrini ovuşdururdu.
– Tapdıq әmi, – dedi, – mәnә dә kağız gәtirәrsәn, ağrın alım.

Göyәrçin arvadın qapısından keçәndә Cәmili xatırladı. Cәmil
Göyәrçin arvadın gözünün ağı-qarası idi. Tәzәcә nişanlanmışdı ki, dava
   446   447   448   449   450   451   452   453   454   455   456