Page 447 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 447
El÷in
tutub bәrkdәn fınxırdı, burnunun suyunu qayalığa çırpdı vә aşağı enib tır- 447
tıra tәrәf getdi.
O iyrәnc iy hәlә dә Cümünün burnundan getmәmişdi vә Cümüyә elә
gәldi ki, elә bil pencәyinin cibindәki o fransız әtri dә iylәnmiş qurbağa ölüsü
kimi bir şeydi.
Qırmızı xoruz da, toyuqlar da qaqqıldaya-qaqqıldaya qayalıqdan düşüb
onun ardınca getdi.
Motor isti olduğu üçün tır-tır bir-iki dәfә nәrә çәkib tez işә düşdü vә o
nәrәlәr dә Qırmızı xoruzu, toyuqları kәnara qaçırmadı, әksinә, daha da
bәrkdәn vә daha artıq bir narazılıqla qaqqıldamağa başladılar, elә bil haray-
hәşir salırdılar ki, ey insan, bizi burda qoyub hara gedirsәn, istәyirsәn ki,
qurda-quşa yem olaq?
Bu quşlar hardan azıb gәlib bura çıxmışdılar?
Bu boyda Buzovnada onların yiyәsini tapmaq, әlbәttә, müşkül mәsәlә
idi. Son vaxtlar Abşeronda siçovullar çoxaldığı üçün kol-koslu quru
çöllәrdә, dәniz kәnarındakı qamışlıqlarda tülkü çoxalmışdı, bәzәn gecәlәr
buralardan çaqqalların vaqqıldaşması eşidilirdi vә bu heyvanlar bir neçә
dәfә gecә bu yerlәrdәn keçib evә gedәn tır-tırın da yolunun üstünә çıxmışdı.
Şübhәsiz ki, sәhәr açılanda bu özündәnrazı xoruzdan da, onun o
toyuqlarından da bu әblәh dünyada ancaq tüklәri qalacaqdı. Cümü sağ әlinin
barmaqları arasındakı siqaretin tüstüsünü ciyәrinә çәkә-çәkә, sol әlini
uzadıb quşları qovmaq istәdi, amma Qırmızı xoruz elә bil elә buna bәnd
imiş kimi hoppanıb qanadlarını yellәyә-yellәyә tır-tırın adda-budda quru ot
tökülmüş kuzovuna qondu, toyuqlar da elәcә Qırmızı xoruzun ardınca ku-
zova atıldılar vә qaqqıldaya-qaqqıldaya, elә bil taksi müştәrilәri idi – tır-
tırın tәrpәnmәyini gözlәmәyә başladılar.
Cümü yenә fınxıraraq burnunun hәlә dә qurumamış suyunu bu dәfә
asfaltın üstünә çırpıb:
– Yaxşı, – dedi, – sizi çaqqal yeyәnәcәn elә bizimkilәr yeyәr. – Sonra
elә bil özünә bәraәt qazandırmaq üçün: – Çaqqallar yemәyә şey tapacaq! –
dedi vә tır-tırı sürüb dünyanın çox cansıxan yerlәrindәn biri olan bu
qayalıqdan uzaqlaşdı.
XXII
Qırmızı xoruz da, toyuqlar da hәyәtdәn çıxanda, adәtәn, küçә qapısının
ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdiklәyirdilәr,
torpağı eşirdilәr, sonra elә ki küçәyә gün düşürdü, hinә isә kölgә gәlirdi,