Page 442 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 442
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
keçdi, aylar keçdi, gәlib Buzovnadakı fәhlә yataqxanasında mәskunlaşdılar,
illәr keçdi vә Sonanın beyninә sahib olan o hisslәr dә bütün bu müddәt
әrzindә qaxaca döndü, sonra da ovulub töküldü, amma tamam yox olmadı,
çünki o ümid axıracan ovulub tökülsәydi, tamam yox olsaydı, o zaman,
ümumiyyәtlә, hәyat, yaşamaq sona yetәcәkdi.
XIX
Azәrbaycanda bir milyondan artıq qaçqın yaşayırdı, bu insanlar
Ermәnistanın işğal elәdiyi torpaqlardan qaçmışdılar, yüzilliklәrdәn bәri
atalarının, babalarının doğulub, yaşayıb vә öldüyü, dәfn edildiyi doğma
torpaqlarından mәcburi köçkün düşmüşdülәr. Bu ölkәnin әhalisi cәmi sәkkiz
milyon idi vә bu o deyәn söz idi ki, Azәrbaycanda hәr sәkkiz nәfәrdәn biri
442 qaçqın idi vә bu da – dünyada analoqu olmayan bir hadisә idi.
İzabel Xanukoff artıq üç gün idi ki, Azәrbaycanda idi vә beş il müddә-
tindә dünyanın müxtәlif ölkәlәrindә – Somalidәn tutmuş Balkanlaracan –
qaçqınlarla çox görüşsә dә, növbәti hәr görüşün ağır tәәssüratı qәtiyyәn
azalmırdı. Azәrbaycanda ezamiyyәtdә olduğu bu üç gündә dә İzabel ölkәnin
bir neçә bölgәsindә qaçqınların çadır düşәrgәlәrindә, onların ayrı-ayrı
yaşayış mәntәqәlәrindә oldu vә hәr dәfә qaçqın anaların mәişәtini, qaçqın
uşaqların güzәranını görәndә Cenevrә gölünün sahilindәki o sakit, arxayın
yaşayış İzabel üçün Corc Lukasın filmlәri kimi bir şey idi, başqa bir plane-
tin, başqa sivilizasiyanın hәyatına bәnzәyirdi.
Hәmin sentyabr günü bazar günü olsa da, İzabel әvvәldәn planlaş-
dırdığı kimi, Bakının 35 kilometrliyindәki Buzovna kәndindә qaçqınlarla
bu sәfәrinin son görüşünü keçirmәyә getdi vә onu müşayiәt edәn rәsmi
dövlәt mәmuru vә yerli tәrcümәçi qızla birlikdә maşına minmәzdәn әvvәl
mәmurdan soruşdu:
– Bu gün bazardı... Onları narahat etmәyәcәyik?
Mәmur İzabelә baxdı vә heç nә demәdi, daha doğrusu, İzabel hiss etdi
ki, mәmur – gödәkboylu, arıq vә yәqin ki, qaçqınlarla belә görüşlәri çox
keçirdiyinә görә günün altında yanıb qaralmış bu kişi, sadәcә olaraq,
demәyә söz tapmadı vә qız burasını da hiss etdi ki, verdiyi sualın idiotluğu
özünün dә yanaqlarını qızardır...
İzabel ertәsi gün sәhәr tezdәn Cenevrәyә qayıdacaqdı, ona görә dә bu
son görüşü tez keçirib, axşam da olsa, mütlәq Qubaya, Qırmızı Qәsәbәyә
getmәk istәyirdi, çünki İzabel, az qala, cismani surәtdә hiss edirdi ki, o yerlәrә
getmәsә, heç olmasa, bircә saat o yerlәrә anasının gözlәri ilә baxmasa,